Yeni mövsümdən Misli Premyer Liqasında çıxış edəcək "İmişli" klubunun yeni baş məşqçisi bəlli olub.
QOL.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında məlumat verilib.
Portuqaliyalı məşqçi Xorxe Kaskilya (orijinalda ad-soyadı: Jorge António Rosa Casquilha) bölgə təmsilçisini çalışdıracaq. 56 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Kaskilyanın köməkçiləri Kristiano Duraes, Quilherme Kadete olacaq. Qapıçılar üzrə məşqçi Elşad Tahirov, fiziki hazırlıq üzrə məşqçi isə Ulian Qoqa təyin edilib.
Qeyd edək ki, Xorxe Kaskilya indiyədək ən çox Portuqaliyada, 1-ci, əsasən isə 2-ci liqa komandalarında çalışıb. Onun son klubu isə Çexiyanın 3-cü liqa təmsilşisi "Znojmo" FK olub. 2024-cü ilin sentyabrında bu kluba baş məşqçi təyin edilən Kaskilya 2025-cü ilin martında (9 oyundan sonra) istefaya göndərilib.
Transfermarkt-ın statistik göstəricilərinə əsasən, Kaskilya ən çox "Moreyrense"də işləyib - 2009-2013-cü illərdə. Bundan sonra o, fəaliyyət göstərdiyi klublarda çox qala bilməyib. Mütəxəssis son 9 ildə çalışdırdığı klublarda uzağı 6 ay işləyə bilib.
Xorxe Kaskilya harda və hansı müddətə baş məşqçi olub?
"Moyrenense" (Portuqaliya) - 1 iyul, 2009 - 29 yanvar, 2013
"Leyşoeş" (Portuqaliya) - 6 mart, 2014 - 30 iyun, 2014
"Leyriya" (Portuqaliya) - 2 dekabr, 2014 - 1 mart, 2016
"Akademiku de Vizeu" (Portuqaliya) - 15 mart, 2016 - 30 iyun, 2016
"União Madeira" (Portuqaliya) - 10 yanvar, 2017 - 30 iyun, 2017
"Jil Visente" (Portuqaliya) - 1 iyul, 2017 - 28 dekabr, 2017
"Leyşoeş" (Portuqaliya) - 1 yanvar, 2019 - 30 iyun, 2019
"Kova-da-Piedadi" (Portuqaliya) - 1 iyul, 2019 - 15 dekabr, 2019
"Trofense" (Portuqaliya) - 24 noyabr, 2022 - 20 mart, 2023
"Znojmo" FK (Çexiya) - 28 sentyabr, 2024 - 3 mart, 2025
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə