"Arsenal" "Sportinq"in mərkəz hücumçusu Viktor Diokeresi transfer etməyə hazırlaşır.
QOL.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.
Hazırda London təmsilçisi futbolçunun menecerləri ilə danışıqlar aparır.
Bildirilir ki, 26 yaşlı isveçli 2024-cü ilin sentyabrından "Arsenal" üçün prioritet transfer hədəfidir. “Arsenal” Diokeresə 2030-cu ilin iyun ayının sonuna qədər müqavilə təklif edib.
"Sportinq" isə bu transferdən 65 milyon avro qazanmaq istəyir.
Viktor cari mövsümün bütün turnirlərində 52 matçda 54 qol vurub və 13 məhsuldar ötürmə verib. Onun "Sportinq"lə müqaviləsi 2027/28 mövsümünün sonuna kimidir.
Amorim rəsmən "Milan"da
"Zirə"nin rəqibi bilindi
DÇ-2026-nı buraxacaq
Bernardo Silva "Real"da
“Turan Tovuz” avrokuboka buraxılmadı - CAS-dan yekun qərar
"Kristal Pelas"da yeni baş məşqçi
İspaniya - Kabo-Verde matçının ən yaxşısı oldu
Belçika - Misir: Heyətlər
"Şəfa"da daha üç ayrılıq
"Real"ın yeni qapıçı hədəfi