"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 32-ci turunda "Turan Tovuz"la 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
"Çətin və maraqlı oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi, görsənən bu idi. Məncə, birinci hissədə mübarizə daha çox meydanın mərkəzində getdi. Amma ikinci hissədə futbolçularımdan daha sürətli hücumlar görmək istəyirdim. Nəticədən asılı olmayaraq bunu görmək istəyirdim və gördüm. Məncə, ikinci hissəyə baxsaq, 2 xal itirən biz olduq. Komandamdan razı qaldım. Xallarımızın üstünə xal gəldi. Rəqibin üstün cəhətlərini bilirdik. Elə bundan da qol vurdular. Ondan sonrakı standart vəziyyətlərdə futbolçularım yaxşı çıxış etdilər. Davam edəcəyik. Son oyunlar qalıb. Hər xal bizim üçün vacibdir. Çalışırıq ki, daha yuxarı pillələrə qalxa bilək. Bunu üçün çalışacağıq".
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı