Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatı davam edir.
QOL.az xəbər verir ki, Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) bürünc medal uğrunda görüşə çıxıb.
Təmsilçimiz üçüncü yer uğrunda görüşdə ispaniyalı Fransisko Qarriqosa ipponla qalib gəlib.
Bu, Azərbaycan cüdoçularının turnirdə qazandığı ilk mükafat olub.
Daha əvvəl isə Ruslan Paşayev (66 kq), Könül Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) yarışda mübarizəni dayandırıblar.
Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatında həm fərdi idmançılarla, həm də komandalar üzrə mübarizə aparır. Ölkəmizi 12 çəki dərəcəsində ümumilikdə 9-u kişi, 6-sı qadın olmaqla 15 cüdoçu təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında çıxış edəcək.
Avroliqada 18 oyun
"Qarabağ"dan acınacaqlı məğlubiyyət
Zirkzeedən "Roma"nın təklifinə cavab gəldi
David Alaba Madrid klubu ilə vidalaşır
Pol Poqbadan hər kəsi təəccübləndirən addım
Bundesliqada ilk qadın rəhbər
Xabi Alonsonun yanvara qədər vaxtı var
“Roma” yeni hücumçu hədəfi üçün hərəkətə keçdi
“Qarabağ”ın “Ayaks”la oyun üçün heyəti
“Real” Konate ilə bağlı geri addım atmağa hazırlaşır
“Əl-İttihad” Benzemanı gözlətməyə davam edir
UEFA-dan Almaniya klubuna sərt cəza gəlir
Mbappe zədəli halda ÇL-nin matçına çıxacaq