Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli klubu "Nürnberq"in heyətində son 2 oyunda 3 qol vurması barədə danışıb.
QOL.az xəbər verir ki, o, 29-cu turda "Kayzerlautern"lə matçda (1:2) bir, 30-cu turda "Paderborn"la görüşdə (2:3) isə iki qolun müəllifi olub. 27 yaşlı futbolçu hər iki matçda əsas heyətdə meydana çıxıb.
Emreli Almaniyanın "Clubfokus" nəşrinə müsahibəsində bu oyunlarda qol vurmasına baxmayaraq, təvazökar fikirlər səsləndirib: "Məni təbrik etmək üçün əsas yoxdur. Çünki xalsız qaldıq və sevinə bilmirik".
Nəşr yazır ki, Mahir topu özündə çox saxlamağı və hücumun dərinliyinə qədər getməyi xoşlayan oyunçudur. Amma "Paderborn"la oyunda bu, onun üçün demək olar qadağan olunmuşdu. Çünki yeganə hücumçu kimi oynayırdı. Emreli bu haqda danışarkən deyib: "Topu tez-tez almamaq cəhənnəmə bənzəyirdi. Amma əlbəttə, mən məşqçilərin tapşırıqlarına əməl edirdim".
Emreli Almaniya təmsilçisi "Herta"nın onunla maraqlanması və "Nürnberq"dəki gələcək karyerası barədə suala belə cavab verib: "Mən həqiqətən öz gələcəyim haqda heç nə bilmirəm. İndi tam olaraq qarşıdakı matçlara köklənmişəm və bütün gücümü ortaya qoymağa çalışıram. Mən göstərmək istəyirəm ki, nəyə görə buradayam".
Yayda "Nürnberq"lə müqaviləsi başa çatacaq futbolçu danışıqlar getdiyini deyib: "Amma bu, mənim işim deyil. Bunun üçün agentlər var. Onlar öz işini meydandan kənarda, mən isə meydanda görürəm".
Qeyd edək ki, M.Emreli bu mövsüm "Nürnberq"in heyətində Almaniya 2-ci bundesliqasında 20 oyuna 6 qol vurub, 1 qolun ötürməsini edib. O, daha bir dəfə isə kubok matçında fərqlənib.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı