"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 30-cu turunda "Neftçi"yə 4:2 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, görüşdən sonra keçrilən mətbuat konfransında deyib:
- Bizim üçün oyun çətin başladı. Rəqib yaratdığı iki təhlükəli vəziyyəti dəyərləndi və hesabda önə keçdi. Həmin an toparlanıb oyuna davam etmək çətin idi, amma futbolçular özlərində güc tapdılar. Təslim olmalıdar və sona qədər mübarizə apardılar. 2 qoldan sonra 4 qol vurduq. Buna sevincliyik. Məğlub da ola bilərdik. İkinci hissəyə fəal başladıq. Olduqca vacib üç xal qazandıq. Artıq qabaqdakı oyunlara baxmalıyıq. Bizi "Sumqayıt"la görüş gözləyir. Tez bir zamanda oyuna keçid etməliyik.
- Keçən il də "Zirə" potensial ölkə çempionu, ölkə kubokunun qalibi olmuşdu. İndi də ikinci pillədəsiniz və 3-cü yerdə olan "Araz-Naxçıvan"dan 6 xal qabaqdasınız. Futbol ictimaiyyəti və mediada müşahidə edilir ki, "Zirə" və Rəşad Sadıqovun işi çox da qabardılmır. Sizcə, buna səbəb nədir?
- Ümumiyyətlə, məşqçiliyə başlayanda, əsasən də ikinci mövsümümdən sonra sosial şəbəkə və mediadan maksimum uzaqlaşmışam. İstər mənfi, istərsə də müsbət fikirləri yaxından izləmirəm. Bilmirəm, dediyiniz tam o cür şəkildədir, yoxsa fərqlidir. Biz özümüz işimizi onun üzərində qurmamışıq ki, kimsə bizi tərifləsin. Düşünürəm ki, tərifə layiq olsaq, tərifləyəcəklər. Ola bilsin, məndən gözləntilər çoxdur. Bunu normal qarşılayıram. Bu məsələ üzərində çox düşünmürəm. Bütün fikrimizi komandaya vermişik. 6 xallı fərqə gəlincə, düşünmürəm ki, nəyisə həll etmişik. Bəli, 6 xal üstünlüyümüz var, son tur rəqibin meydanında keçiriləcək. Ondan əlavə bizi 6 dənə biri-birindən vacib oyunlar gözləyir. Ötən mətbuat konfransında da demişdim ki, mən bilmirəm, Konfrans Liqasının oyunu ayın neçəsidir. Ora düşməyənə qədər də baxmayacağam. İndi ən vacib olan qarşıdakı "Sumqayıt"la oyundur. Bilirəm, futbolçular sevinəcəklər və, bəlkə də, qeyd edəcəklər. Çünki vacib qələbə idi. Amma mən artıq növbəti oyunu düşünəcəyəm və onun planını quracağam.
- Rəşad Sadıqovun görmək istədiyi "Zirə" budur?
- Futbolçu olaraq da, heç vaxt özümdən razı olmamışam. Həmişə düşünmüşəm, daha yaxşısını edə bilərəm. Bu gün düşünəcəyəm, nəyi düz etməmişik ki, rəqib fərqləndi, iki qol buraxdıq. Samir Abasovun gəlişindən sonra "Neftçi" etibarlı müdafiə olunur. Bu həftə onu düşünəcəyəm ki, harada düz etmədik, qollar buraxdıq. Yəqin oyunçular 100 faiz oyuna köklənməmişdi ki, iki qol buraxdıq. "Zirə" yaxşıdır, bu kifayət edir" kimi fikirləri düşünmürəm. Onu düşünsəm, geri addamlayarıq.
- 0:2 uduzduğunuz halda, necə oldu ki, geridönüş etdiniz? Sanki baş verənlər səmimi deyil idi...
- 33 illik futbol təcrübəm var. Bu cür oyunlar istər bizim çempionatda, istər digər ölkələrdə çox olub. "Qarabağ"la oyunda da 0:2 hesabı ilə uduzurduq, 3:2 hesablı qələbə qazandıq. Biz rəqibin təzyiqinə hazırlaşmışdıq. Samir Abasov pressinqi və rəqibə təzyiq göstərməyi sevir. Sadəcə ilk 15-20 dəqiqə rəqibin təzyiqi altında idik. Ondan sonra da deməzdim ki, yaxşı oynadıq. Amma hissənin sonunda yaxşı təzyiq etdik, topu aldıq və penalti zərbəsi qazandıq. Daha sonra biz mütəmadi olaraq hücum potensialını gücləndirməyə başladıq. Birinci hissədə qol vurmaya da bilərdik, ya da oyun rəqibin 3:0 hesablı qələbəsi ilə də bitə bilərdi və ya əksinə. Bizim üstünlüyümüz onda idi ki, rəqibin çoxsaylı zədəli oyunçuları və itkiləri var. Bunu bilirdik. Bizim ehtiyat qüvvəmiz "Neftçi"nin ehtiyat qüvvəsindən daha geniş idi. Amma bundan əvvəl "Neftçi"yə 1:2 hesabı ilə uduzmuşduq. Onda bütün ehtiyat qüvvə Samir Abasovun əlində idi. Ona görə də oyunu gücləndirəndən sonra bizə çətin idi. Ola bilsin, səbəb budur. İkinci hissə daha riskli oynadıq. Artıq hesabı 2:2 etdikdən sonra vurduğumuz qollar daha çox əks-hücumlardan idi. Çünki rəqibə də qələbə lazım idi. Son zamanlar "Neftçi" yaxşı və maraqlı oyun nümayiş etdirir. Nəticə başqa da ola bilərdi. Sadəcə bu gün biz daha uğurlu olduq.
Mourinyo "Real"a qayıdır?
"Yuventus"un hücumçusu "Qalatasaray"la matçı buraxacaq
"VAR-a arxayın olub, qərar verə bilmirlər"
Premyer Liqanın ən yaxşı qapıçısı bilindi
Xəyal Əliyevin "Sabah"a qələbə qazandıran qolu - Video
"Ayaks"ın futbolçusu mövsümü başa vurdu
“Vurduğumuz qol qaydalar çərçivəsində idi” - George Çixradze
"Qarabağ"ı başa düşmək olar" - Valdas Dambrauskas
“Qəbələ”nin qolu niyə ləğv edildi? - Video
"Tottenhem"in məşqçisinin klubdakı fəaliyyəti 33 gün çəkdi
PSJ ÇL matçına itkilərlə çıxacaq
Arbeloanın "Real"dakı taleyi ÇL-dən asılıdır?
Baş məşqçi bu hərəkətinə görə tənqid olundu - Video
Mehriban Əliyeva yenidən AGF prezidenti seçildi - Şəkillər
Şamaxıdakı bərabərlik - Video
“Bizim üçün hər xal önəmlidir“ - Ayxan Abbasov
“Heç-heçə ədalətli nəticədir“ - Kurban Berdıyev
Mbappe "Benfika"ya qarşı oynayacaq?
Hazard: "La Liqa Premyer Liqadan daha texnikidir"
"Barselona" üçün şad xəbər
AFFA rəsmisi “Qalatasaray” – “Yuventus” oyununda
"Qəbələ" - "Sabah": Heyətlər
Boks üzrə Azərbaycan çempionatına yekun vuruldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Rəşad Sadıqov rəqibin oyununu stadiondan izləyir - Video
"İnter"ə məğlubiyyətdən sonra hakimləri tənqid etdi
"Kəpəz"in sabiq kapitanı bu kluba keçdi
"Barselona"dan "Real"a keçə bilər
Mircavadov: "Qubada meydanda top hoppana-hoppana gedirdi"
"Şamaxı" - "Turan Tovuz": Heyətlər
"Qarabağ" - "Nyukasl" oyununun hakimləri açıqlandı
"Bilmirəm, nə söz tapım deyim" - Fabian Buntiç
AFFA İntizam Komitəsinin qərarları
"Mançester Yunayted" Naqelsmann üçün hərəkətə keçdi
DÇ-2026-nın favoritləri kimlərdir?
Vüsal Albaniyada daha bir qol vurdu - Video
"Bu stadionda "Şerif"in heyətində “Zirə”yə qarşı oynamışdım"
“Neftçi”nin 5 il gözlədiyi məhsuldarlıq
Musanın yubiley qolu
AFFA nümayəndəsinə UEFA-dan təyinat
“Arsenal”ın 4 qollu qələbəsi - Video
Rəşad Sadıqovla 100-cü qələbə - Şəkillər
“Azərbaycanla oyunları səbirsizliklə gözləyirik”
Renat oynadı, komandası uduzdu
İnyesta Mərakeş millisinə rəhbərlik edəcək?
İki Premyer Liqa klubunun hədəfinə düşdü