Meksikanın "Monterrey" komandasının futbolçusu Serxio Ramos bu il keçiriləcək klublararası dünya çempionatı haqda danışıb.
QOL.az xəbər verir ki, o, FİFA-nın rəsmi saytına müsahibəsində deyib: "Bu turnir özünü göstərə bilməyən klublar üçün əla fürsət və unikal platformadır. FIFA turnirləri həmişə əlavə motivasiya verir. Yaşından asılı olmayaraq, "Monterrey"i təmsil etmək böyük həyəcandır. Biz böyük həvəslə hazırlaşırıq və yaxşı çıxış etməyi hədəfləyirik".
Təcrübəli müdafiəçi turnirin ABŞ-da keçirilməsi qərarını müdrik hesab etdiyini qeyd edib: "Düşünürəm ki, turnirin burada keçirilməsi ağıllı qərardır. Bu, Amerika cəmiyyətinin futbolu daha yaxşı tanıması ilə bağlıdır. Avropada futbola daha dərin bağlılıq var. ABŞ-da futbol, bəlkə də, əhalinin çoxluğuna və ya Amerika futbolu və NBA kimi idman növlərinin nüfuzuna görə hələ də eyni təsirə malik deyil. Amma böyük irəliləyiş var. Bu addımlar ABŞ-da da futbola marağı artıracaq. Bu, futbol dünyası üçün yaxşı bir inkişafdır və Meksikada da bu maraq artır”.
O, Los-Ancelesdə Meksika əsilli azarkeşlərdən dəstək gözlədiklərini bildirib: "Los-Ancelesdə çoxlu meksikalı azarkeşlərin olması vacibdir. Səfərdə olsaq da, onların sevgisi və dəstəyi bizə güc verəcək. Hətta tribunada rəqiblərimizdən daha çox azarkeşimiz ola bilər. Bu, böyük üstünlükdür və özümüzü evdəki kimi hiss edəcəyik".
S. Ramos titulu qazanmaq ehtimalından danışıb: "Kuboku qazanmaq inanılmaz yuxu olardı. Ötən gün FİFA prezidenti Canni İnfantino yeni kuboku ABŞ prezidenti Donald Trampla birlikdə təqdim edib. Bu, həqiqətən də gözəl kubokdur. Əslində, məni Meksikaya gətirən amillərdən biri də yeni turnirdə oynamaq imkanı idi. Mən həmişə optimistəm və yüksək yerləri, qalib gəlmək haqda düşünürəm. Komanda meydana bu mentalitetlə çıxır”.
Qeyd edək ki, sözügedən turnir iyunun 15-dən iyulun 13-dək ABŞ və Meksika ölkələrində keçiriləcək.
“Neftçi” üçün 26 mümkün rəqibdən 11-i… - Onlar kimlərdir?
“Sabah”ın start heyətini görəndə məyus oldum” - Video
Səhvən əvəzləndi, hakimə əsəbləşdi
"Bəlkə də cəzalanıblar, biz hiss etməmişik" - Rəşad Sadıqov
"Komanda haqda mənfi söz deyə bilmərəm" - Veliçko Kaplanoviç
"Kubokdan sonra oynamaq asan deyildi" - Valdas Dambrauskas
"Hədəfimizə çatdıq, bu gün çox xoşbəxtəm" - Yuri Vernidub
“Sabah” - “Neftçi” matçında dava düşdü
"Neftçi" Konfrans liqasına vəsiqəni təmin etdi
"Neftçi" "Sabah"a, "Zirə" "Sumqayıt"a qalib gəldi
61 ildən sonra çempion oldular
"Real"ı tərk edə bilər
"Sumqayıt"da ciddi itki
“Beşiktaş” 2 milyonluq bonusdan məhrum oldu
Rekordunu təkrarladı
Vurduğu qol ilə transferini rəsmiləşdirdi
"Sabah" - "Neftçi": Heyətlər açıqlandı
"Zirə" - "Sumqayıt": Heyətlər
"Yuventus" uduzub 6-cı pilləyə düşdü
Cənubi Koreya millisinin DÇ-2026 üçün heyəti açıqlandı
Qvardiola "Mançester Siti"dən ayrılır
Bundesliqanın ən yaxşı oyunçusu seçildi
İngiltərə kubokunun tarixinə düşdü
Xabi Alonsonun təyinatı açıqlandı - Rəsmi
Nəriman ehtiyatda qaldı
Harri Keynin növbəti het-triki - Video