FİFA ABŞ-da bu ilin 14 iyun – 13 iyul tarixlərində keçiriləcək klublararası dünya çempionatında yeni qayda dəyişikliyi tətbiq edəcək.
QOL.az xəbər verir ki, bu barədə FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollinanın qurumun saytında yayımlanan açıqlamasında bildirilib.
Yeni qaydaya əsasən, hakimlər oyun zamanı bədən kamerasından (bodycam) istifadə edəcəklər.
Qeyd edilib ki, FIFA klublararası Dünya Kubokuna hakimləri hazırlamaq məqsədilə müxtəlif vaxtlarda Sürix, Dubay və Buenos-Ayres şəhərlərində seminarlar təşkil edilib.
Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) 1 mart 2025-ci ildə təsdiqlədiyi oyun qaydalarındakı dəyişikliklərdən sonra FIFA klublararası Dünya Kuboku turnirində qapıçıların vaxtı uzatmasının qarşısını almaq üçün xüsusi olaraq hazırlanmış yeni qayda tətbiq olunacaq.
Yeni qaydaya əsasən, FIFA klublararası Dünya Kubokunda qapıçı topu əlində maksimum 8 saniyə saxlaya biləcək. Bu müddət aşılarsa, rəqib komandaya künc zərbəsi veriləcək. Əvvəlki qaydaya əsasən, qapıçı topu 6 saniyə ərzində əlindən buraxmalı idi və əgər bu qayda pozulsaydı, rəqib komandanın xeyrinə cərimə zərbəsi təyin oluna bilərdi. Lakin bu qayda hakimlər tərəfindən nadir hallarda tətbiq edilirdi.
Beləliklə, qarşıdakı turnirdə iştirak edəcək hakimlər bədən kamerası taxacaqlar.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı