"Müdafiədə ani bir diqqətsizlik oldu. Adi səhvə yol verdik. "Neftçi"nin futbolçuları meydançada öz ustalıqlarını göstərə bildilər".
QOL.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 29-cu turunda "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis əvvəlcə görüş haqqında ümumi fikirlərini bölüşüb: "Hazırda hər şey üst-üsə düşüb. Zədəli futbolçularımızın sayı çoxalıb. Bilirdik ki, ehtiyat qüvvəmizin zəif olması belə çətinliklərə səbəb olacaq. Amma ən çətin andan keçmişik. Çünki 3-cü dövrədə həm zədəlilərimiz, həm də cəzalılarımız çox oldu. Ehtiyat futbolçuların azlığı heyətdə problemlər yaradır. Birinci hissədə pis oynamadıq. Sadəcə qol imkanlarımızdan istifadə edə bilmədik. Bilirsiniz ki, Maykl Tuik xəstə idi, tam hazır deyildi. Amma hücumda futbolçumuz olmadığı üçün onu oynatdıq. Bunlar normal hallardır. Sevindirici hal odur ki, Elmar Məmmədov debüt etdi. Qarşımızda bir məqsəd var. Ona çatmaq lazımdır. Bu, bizim üçün bir siqnaldır. Gələcəkdə daha yaxşı mübarizə aparmaq, geniş heyətə malik olmaq üçün çalışacağıq".
"Şamaxı"nın heyətinə yeni hücumçu qatacağı haqda xəbərlər yayılsa da, keçid baş tutmayıb. A.Abbasov bunun səbəbini də açıqlayıb: "Həm sənəd problemi var idi, həm də hazır deyildi. Vaxtımız az olduğuna görə müqavilə imzalamadıq. Yollar ayrıldı".
Baş məşqçi sonda “Kəpəz”lə xal fərqi 1-ə, “Səbail”lə 8-ə endi. Sonluq sizin üçün də gərgin keçəcək" sualını cavablandırıb: "Bəli, gərgin keçəcək. 3 xallıq sistemdə 8 xal elə də böyük fərq deyil. Mövsümün əvvəlində də xal fərqi tez-tez dəyişirdi. Sona qədər mübarizə aparacağıq".
Neymarın cəzası bilindi
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub