"Yüzfaizli qol epizodlarımız oldu. Dəyərləndirə bilərdik, amma futboldur, olur. Bizim planlarımızı daha çox tez buraxdığımız qol pozdu".
QOL.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin üzvü Mahir Emreli Haiti ilə Sumqayıtda keçirilən yoldaşlıq görüşündən sonra "CBC Sport"a açıqlamasında deyib.
O, 0:3 hesablı məğlubiyyəi belə şərh edib: "Məşqlərdə sırf rəqibi necə qarşılayacağımızla bağlı çalışırdıq. İntizamlı, komanda şəklində oynamağı planlaşdırırdıq. Amma buraxdığımız qol planları pozdu. Bundan sonra irəli atıldıq. Həm də ev oyunumuz olduğuna görə rəqibə təzyiq etmək istədik. Amma arxa xətdə boşluqlara yol verdik və qollar buraxdıq. Əsas odur ki, bunun yoldaşlıq oyunu olduğunu anlayaq. Məşqçimiz yeni üsullardan istifadə etdi, yeni oyunçuları sınadı. Gənc oyunçular üçün də yeni bir təcrübə idi. Uşaqlar əlindən gələni etdilər. Bir az çətin dönəmdə oynayırıq. Ramazan ayıdır. Futbolçular oruc tutmalarına baxmayaraq, makismum güclərini ortaya qoydular".
27 yaşlı hücumçu Belarusla qarşıdan gələn yoldaşlıq oyununda səhvləri aradan qaldırmalı olduqlarını qeyd edib: "Səhvlərimizi analiz edib Belarusla oyuna daha düzgün şəkildə hazırlaşmalı və qələbə üçün oynamalıyıq".
M.Emreli əvəzlənərkən millinin baş məşqçisi Fernandu Santuşla aralarında olan dialoqdan da danışıb: "Santuş dedi ki, oyunun yaxşı idi. Özümü hansı mövqedə daha yaxşı hiss etdiyimi soruşdu. Bir az o barədə danışdıq. Sıf taktiki baxımdan söhbət etdik".
M.Emreli Almaniyanın 2-ci bundesliqa təmsilçisi "Nürnberq"dən ayrılacağı ilə bağlı bir müddət əvvəl yayılan xəbərlərə də münasibət bildirib: "O barədə mütləq bir gün açıqlama verəcəm. Bu açıqlama yəqin ki, yayda olacaq. Amma onu deyim ki, söylənənlərdən çoxu həqiqəti əks etdirmir. Hər şey deyilən kimi deyil. Orda problem futbolla bağlı deyil. Tam başqa problemlərdir. Bu da normaldır. Futbol artıq bir biznesə çevrilib. İndi sadəcə sakitliyimi qoruyub, yaya kimi dözməliyəm. Bundan sonra isə qərarımı verəcəm".
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı
2-ci liqa: Liderlər heç-heçəyə razılaşdı
"Real"ın gənc oyunçusu Bundesliqa yolunda
“Atletiko” ona 120 milyon avro qiymət qoydu
10 illik dövrün sonu: "Mançester Siti"dən gedir
Xetaq Qazyumov: “Bu uğurla kifayətlənməyəcəyik”
"Fənərbaxça"da prezident seçkilərinin tarixi açıqlandı
Braziliya millisində daha bir itki - DÇ-2026-nı buraxacaq
Dimarko üçün 4 illik müqavilə
Uqo Lyoris Fransa millisinə qayıdır
Modriç əməliyyat olundu
“Qarabağ” 700-ə çatdı
PSJ - "Bavariya" oyunu bu kanallarda
"Sumqayıt"dan 21-ci əsrin antirekordu
“Qarabağ”da 200-cü oyun
Premyer Liqada 60-cı qol
Son 15 mövsümün rekordu
"Sumqayıt"ın yubiley qələbəsi
Çalhanoğlu üçün mövsüm başa çatdı
DÇ-2026 üçün sarı vərəqə qaydaları dəyişdirilir
“Fənərbaxça” baş məşqçini göndərdi
“Atalanta” səfərdə məğlub oldu - Video