Əfsanəvi boksçu Corc Forman vəfat edib.
QOL.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar. O, martın 21-də, 76 yaşında Hyustonda (ABŞ) dünyasını dəyişib.
Corc Forman ağır çəkidə Olimpiya, WBC, WBA və İBF versiyaları üzrə dünya çempionu idi.
Forman 10 yanvar 1949-cu ildə Texasda doğulub. 1970-ci illərdə ağır çəkidə dünya çempionu titulunu qazanaraq məşhurlaşıb. İdmandan müvəqqəti uzaqlaşdıqdan sonra, 1987-ci ildə boksa qayıdıb və 1994-cü ildə 45 yaşında yenidən çempion olub. Bu nəticə onu ağır çəki tarixində ən yaşlı çempion edib.

30 oktyabr 1974-cü ildə Formanla əfsanəvi Məhəmməd Əlinin iştirakı ilə XX əsrin ən məşhur boks döyüşlərindən biri keçirilib. Bu döyüş “Cəngəllikdəki fırtına” adını alıb. Həmin döyüşdə Corc karyerasında ilk məğlubiyyətini alıb. Bu döyüşdən sonra onların dostluğu başlayıb.
Forman karyerası ərzində ümumilikdə 81 döyüş keçirib, 76 dəfə qalib gəlib (68-i nokautla) və 5 dəfə məğlub olub.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam