“Mançester Yunayted” klubunun şərikli sahibi Cim Retkliff, klubun 67,9 faizlik səhmlərinə sahib olan Qleyzer ailəsini tənqid edib.
QOL.az xəbər verir ki, o, bu barədə “The Times” nəşrinə müsahibəsində bildirib.
O deyib: “Mənim fikrimcə, son 12 ildə “Mançester Yunayted” klubunda iki idarəçi komanda olub və onlar işlərinin öhdəsindən pis gəliblər. Bu isə klub sahiblərinin məsələlərə kifayət qədər dərin yanaşmaması ilə bağlıdır. Onlar, məsələn, “Kristal Pelas”dan Stiv Periş və ya “Tottenhem”dən Daniel Levi kimi deyildilər. Onlar detallara varmırdılar. Halbuki Periş və Levi öz klublarında baş verənləri yaxşı bilirlər. Onlar hər gün işdə olur və idarəçilərini daim nəzarətdə saxlayırlar”.
Cim Retkliff bildirib ki, “Mançester Yunayted” rəhbərliyinə çox böyük sərbəstlik verilib: “MY” sahibləri sadəcə klubun idarə olunması ilə məşğul olub, amma futbol məsələlərinə qarışmayıblar. 12 il ərzində çoxsaylı uğursuz və axmaq qərar verilib. Hər şey pozulub. Bu, şokedici haldır. Onlar nələrin baş verdiyini və nəticənin hara aparacağını görmürdülər.
İlk idarəçi komanda düşünürdü ki, hər şeyi anlayır və transfer işlərinə qarışmaq istəyirdi. Amma bu sahədə kifayət qədər bilikləri yox idi. Bu səbəbdən transfer bazarında pulları sağa-sola xərcləməyə başladılar”.
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama