Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
QOL.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 26-cı turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
“Araz-Naxçıvan” – “Qarabağ” oyununun 83-cü dəqiqəsində “Araz-Naxçıvan”ın 97 nömrəli futbolçusu Felipe Santos təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyunluq cəzalandırılıb. Klub isə 3000 manat cərimə edilib. Sınaq müddəti olaraq 3 ay təyin edilib.
Həmin oyunun 83-cü dəqiqəsində “Qarabağ”ın 44 nömrəli futbolçusu Elvin Cəfərquliyev təcavüzkar davranışa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalandırılıb, Ağdam təmsilçisi 2000 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib (O, oyun zamanı qırmızı vərəqə almayıb - red.).
Bu görüşün 83-cü dəqiqəsində “Qarabağ”ın 22 nömrəli futbolçusu Musa Qurbanlı da təcavüzkar davranışa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla 2 oyunluq cəzalandırılıb, klubu 2000 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib (o da oyun zamanı qırmızı vərəqə almayıb - red.).
Eyni qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” 800 manat cərimələnib.
“Zirə” – “Səbail” oyununun 74-cü dəqiqəsində “Səbail” klubunun 14 nömrəli futbolçusu Suleyman Alluş təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəzalandırılıb. “Səbail” 3000 manat cərimə edilib.
“Sumqayıt” – “Kəpəz” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimələnib.
“Neftçi” – “Turan Tovuz” oyununun 18-ci dəqiqəsində “Turan Tovuz” klubunun 15 nömrəli futbolçusu Emmanuel Hakman rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb, klubu 1000 manat cərimələnib.
“Liverpul” və “Qarabağ” oyuna bu heyətlə çıxır
"Real" ərəblərdən futbolçu transfer edə bilər
UEFA PAOK-un müraciətini rədd etdi
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Çelsi"dən getdi
Sabiq "Liverpul"lu "Ayntraxt"ın yeni baş məşqçisi ola bilər
Dünya futbolunda transfer məbləği rekord həddə çatdı
Abbasqulu Şadlinski Azərbaycan çempionu oldu