"Kəpəz"in baş məşqçisi Azər Bağırov Azərbaycan kubokunun 1/4 finalında "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları matçı şərh edib.
QOL.az xəbər verir ki, o, görüşdən sonra keçirilən mətbuat konfransında deyib:
"Bizim üçün bura gələn bütün azarkeşlərimizə təşəkkür edirəm. Komandaya lazım olan dəstəyi verdilər. Məğlub olsaq da, yanımızda oldular. Bu, gələcək oyunlar üçün motivasiya olacaq. Məncə, qarlı havada maraqlı oyun alındı. Yaratdığımız epizodlarda qol vura bilmədik. "Neftçi" ilə görüşlərdə daha çox qol vəziyyətləri yaradırıq. Amma istifadə edə bilmirik. Bunun üzərində işləməliyik. Dinamik oyun oldu, qırmızı və sarı vərəqələr gördük".
Mütəxəssis növbəti matçda da "Neftçi" ilə Misli Premyer Liqası çərçivəsində qarşılaşacaqlarına münasibət bildirib: "Bu mövsüm artıq dörd dəfə "Neftçi" ilə qarşılaşmışıq. Mənə elə gəlir ki, uşaqların "Neftçi"yə qarşı yetərincə təcrübəsi var. Bəzi şeyləri analiz etməyə dəyməz. Sadəcə dediyimiz səhvlər var ki, qalib gəlmək üçün onları minimuma endirməliyik. Futbolçular bəzi şeyləri meydanda daha yaxşı icra etməyə başlayanda artıq öz yaradıcılıqları yada düşür. Ondan sonra isə səhvlər edirik. Çox futbolçunun potensialını və meydanda nəyi etmək lazımdır, bilirik. Sadəcə oyun intizamı futbolda çox önəmlidir. Məncə, son məğlubiyyətlərə əsas səbəb odur. Bəzi şeylər yaxşı alınanda, oyun intizamımız yaddan çıxır".
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı
“Özbəkistanda “Sabah”a azarkeşlik edirlər” - Video
Ferran Torres ayın futbolçusu seçildi
Asiyada Millətlər Liqası yaradılacaq
Ronaldo 980-ci qolunu belə vurdu - Video
“Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” - Mikels
Azərbaycan millisi “Antalyaspor”a qalib gəlib
"Qalatasaray" 3 xalı 3 qolla qazandı - Video
“Borussiya” mövsümdə ilk dəfə xal itirdi
Mahirin komandası yenə uduzdu
“Neftçi” - “Sabah” matçında qalib aşkarlanmadı - Video