"Çelsi"nin baş məşqçisi Enzo Mareska İngiltərə Premyer Liqasının 26-cı turunda "Sauthempton" matçından (4:0) danışıb.
QOL.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, o deyib:
"Bu, çox vacib idi, çünki artıq bilirik ki, hər oyun vacibdir. Biz şadıq ki, 3 xal qazandıq. Bilirik ki, xal itirsək, turnir cədvəlində aşağı pillələrə düşəcəyik, qələbə qazansaq isə yuxarılara irəliləcəyik. Ona görə hər şey bizim öz hisslərimizlə necə mübarizə aparacağımızdan asılıdır.
Oyunçulara dedim ki, nəticə baxımından ən pis dövrümüzü yaşayırıq. Amma 4-cü yerdəyik və 3-cü yerdən bir xal geridəyik - bu, bizim ən pis dövrümüzdür. Ona görə də bu, çox şeyin göstəricisidir. Həmçinin onu göstərir ki, mövsümün ilk hissəsində yaxşı çıxış edirdik və indi ən yaxşı şəkildə bitirməliyik".
Qeyd edək ki, "Çelsi" turnir cədvəlində 46 xalla 4-cü yerdədir.
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi