"Araz-Naxçıvan"ın yeni transferi Əyyub Allaş açıqlama verib.
QOL.az xəbər verir ki, o, keçidi ilə bağlı klubun mətbuat xidmətinə deyib:
"Elmar müəllimi "Qəbələ"dən tanıyıram. Necə məşqçi olduğunu yaxşı bilirəm. Komandamı dəyişmək, özümü yeni klubda sınamaq istəyirdim. Baş məşqçi yazdı ki, razılıq olsa, yenidən məni komandasında görmək istəyir. Təklif gözlədiyim üçün menecerimlə bunu müzakirə etdik və yenidən Azərbaycana döndüyüm üçün xoşbəxtəm. Azərbaycan çempionatını izləyirdim. Təklif gəldikdən sonra "Araz-Naxçıvan"ı bir qədər də incələdim. Komandanın turnir cədvəlindəki mövqeyi iddiasından xəbər verir. Yüksək yerlər uğrunda oynayan komandanın üzvü olmaq xoşdur".
Mərakeş əsilli belçikalı futbolçu hədəflərinin yüksək olduğunu bildirib: "Araz-Naxçıvan"ın uğur qazanmasına kömək etmək üçün buradayam. Mənim də hədəflərim hər zaman yuxarı yerlər uğrunda mübarizə aparmaqdır. Təbii ki, futbol proqnozları sevmir. Ona görə də indidən yayda vəziyyətin necə olacağını demək mümkün deyil. Ancaq çalışacağıq ki, yekun uğurlu alınsın.
Ə. Allaş digər klublardan da təklif aldığını qeyd edib: "Başqa klublardan da təklif var idi. "Araz-Naxçıvan"ı baş məşqçini tanıdığım üçün seçdim. Futbolçu üçün baş məşqçi amili çox vacibdir. Onun iş prinsiplərinə, tələblərinə bələdsənsə, deməli, getməyə dəyər. "Kəpəz"ə qarşı baş məşqçi şans verərsə, özümü oynamağa hazır sayıram. Formadayam. Düzdür, uyğunlaşmaq üçün qısa da olsa vaxt lazımdır. Ancaq əksər futbolçuları və baş məşqçini yaxından tanıdığıma və əvvəllər onlarla birgə oynadığıma görə, bu mərhələni tez keçirə bilərəm".
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”