Xəbər verdiyimiz kimi, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçiriləcək 2027-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.
B qrupunda yer alan Azərbaycan millisi Portuqaliya, Çexiya, Bolqarıstan, Şotlandiya və Cəbəllütariq komandaları ilə mübarizə aparacaq.
2025-ci ilin martında başlayacaq seçmə mərhələ 2026-cı ilin oktyabrına qədər davam edəcək.
Püşün nəticəsinə QOL.az saytına şərh edən son seçmə mərhələdə U-21 millisinin baş məşqçisi olmuş Samir Əliyev deyib:
“Ötən il də millimizin rəqibləri çətin görünürdü, indi də belədir. Düzdür, qrupda zəif rəqib olmur. Bizim səbət elədir ki, asan rəqib düşmür. Amma müqayisə etdikdə məncə, indikilər bir az əvvəlkilərdən asandır. Çünki burada Cəbəllütariq də var".
O, yığmamızın Avro-2027-nin seçmə mərhələsindəki rəqiblərini dəyərləndirib: "Təbii ki, heç bir millini aşağılamaq istəmirəm, amma Cəbəllütariq bizdən qat-qat zəifdir. Bolqarıstanla mübarizə aparmaq olar. Biz ötən il onlarla yoldaşlıq oyunu keçirmişdik. Düzdür, hesab 0:0 olmuşdu, amma demək olar ki, oyun təkqapı gedirdi. Amma əlbəttə ki, indi də çox çətin rəqiblər var. Portuqaliya və Çexiya final mərhələsində oynamış komandalardır. Şotlandiya da güclüdür".
S.Əliyev AFFA İcraiyyə Komitəsinin Misli Premyer Liqasında legioner limitinin ləğv olunması qərarına da münasibət bildirib: "Əsas məsələ odur ki, bundan sonra 21 yaşadək futbolçular harda oynayacaq? Oynayacaqlarmı? Bilirsiniz ki, mən ötən il də limitdən gileylənirdim. Onu da deyim ki, biz son seçmə mərhələdə 12-13 futbolçuya şans yaratmışıq. Hansı ki, onlar bu seçmə mərhələdə oynayacaqlar. Yəni o futbolçuların beynəlxalq oyun təcrübəsi hardasa köməklik edəcək. Amma ümumi olaraq komanda hazırlıqsız olacaqsa, təbii ki, çətin görünür. Reallıq deyilən bir şey var".
Mütəxəssis meydanda 11 legionerin oynamağının tərəfdarı olmadığını deyib: "Mən görürəm ki, bu haqda danışanlar iki yerə bölünüb. Kimlərsə limitin tam götürülməsinin tərəfdarıdır. Bunu da onunla əsaslandırırlar ki, guya yerli futbolçular öz üzərlərində işləmir, dəyərlərindən çox maaş alırlar. Amma bu, səhv yanaşmadıdır. Mənim subyektiv fikrimdir. Yerli futbolçu öz üzərində işləmirsə, bu, onun özünün və klubunun zəifliyidir. Yerli futbolçuların çox pul almasını demək də düzgün deyil. Azərbaycana gələn legionerlərin çoxunun səviyyəsi aşağıdır. Azərbaycana az sayda normal futbolçu gəlir. Onlara o qədər pul verilirsə, əziyyət çəkən yerli oyunçuya da nəsə ödənməlidir. Həyatını futbola sərf edirsə, o da qazanmalıdır. Mən 11 legionerin meydanda olmasının tərəfdarı deyiləm".
O, klubların futbolçu yetişdirmək işinə ciddi yanaşmadığını da vurğulayıb: "Biz problemi limitdə axtarmamalıyıq. Problem klubların işə yanaşmasıdır. Legioner limiti 7+4 olanda da klubların bir çoxunun futbolçu yetişdirməyə marağı yox idi. Cavan futbolçuya şans vermirlər. Avropa klublarına baxırsan ki, bir çoxunun heyətində 17-18 yaşlı futbolçuları oynadır. Hətta avrokuboklarda da bunu görürük. Bizdə o maraq yoxdur. Bu gün hamı limitdən danışır, amma problem bunda deyil".
S.Əliyev sonda Premyer Liqada 2025/26 mövsümündən etibarən komanda sayının 10-dan 12-yə yüksəldilməsi qərarını da şərh edib: "Çox yaxşı fikirdir. Yəni 12 komanda sayı normaldır. Bəziləri deyir ki, 14, daha çox olsun. Komanda sayının çox olması iş yerinin artması deməkdir. Amma məncə, klublar işə eyni formada yanaşsalar, heç nə alınan deyil. Bəli, bölgə klublarının çempionata gəlməsi marağı, kütləviliyi artırar. Amma gəlin baxaq, Xorvatiya, Şotlandiya və digər ölkələr var ki, 10 komandalı çempionat keçirirlər və neçə-neçə ulduz futbolçu yetişdirirlər, klubları avrokuboklarda, milliləri dünya və Avropa çempionatında iştirak edir. Yəni keyfiyyətə daha çox fikir vermək lazımdır, nəinki kəmiyyətə”.
Ramiq Ağaməmmədov
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi