“Maraqlı oyun alındı. Yeni futbolçuları meydançada görmək şansımız da oldu. Məncə, pis təsir bağışlamadılar. Bu gün elə bir komandayıq ki, qollar vurmalıyıq. Epizodlar yaxalayırıq, lakin reallaşdırmada bir qədər problemlərimiz var. Düşünürəm ki, hər hissədə 3-4 epizodda şans bizim tərəfimizdə deyildi. Hər şey qabaqdadır. İrəli baxmaq lazımdır”.
QOL.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “Neftçi”yə 0:2 hesabı ilə uduzduqları görüşdən sonra deyib.
O, hücum xəttində şans verdiyi yeni futbolçulardan razı qaldığını bildirib: “Həmin oyunçuların keyfiyyətini, nəyə qadir olduqlarını bilirdik. Məsələn, Trent Buhagiar komandaya yeni qoşulub. Şevroni Mabatşoev da həmçinin. Sadiq Şəfiyev də iki gündür düşərgəmizdədir. Oyunçuları yoxlamaq baxımından kubok bir şans idi. Həm də onlara güvənimizi göstərməliydik. Pis təsir bağışlamadılar. Məncə, bu gün həmin futbolçuları qazandıq. Çünki qarşıda 15 tur, eləcə də kubokun cavab matçı var. Bu oyunçuların hansı keyfiyyətdə olmaqları bizim üçün vacibdir. İmkan yaratmaq lazımdır ki, öz bacarıqlarını nümayiş etdirsinlər”.
Azər Bağırov ölkə çempionatı ilə bağlı qəbul olunan yeni qərarlara müsbət yanaşdığını söyləyib: “Ola bilər ilkin anda qərarlar ictimaiyyətdə həm qıcıq yaradırdı, həm də anlaşılmazlıq. Lakin düşünürəm ki, bundan sonra daha da yaxşı olacaq. Komanda sayının artması ilə oynaya biləcək futbolçular birmənalı şəkildə meydanda olacaqlar. Çünki bütün komandalar 11 legionerlə meydana çıxmayacaq. Yerli futbolçular da şans qazanacaqlar. Üstəlik, azərbaycanlı futbolçulara görə AFFA tərəfindən ödənişlər də nəzərdə tutulub. Düşünürəm ki, yaxşı olacaq. Komanda sayı ildən ilə artsa, çempionatımız daha da güclənər”.
“Premyer Liqanın sonuncusu ilə I Liqanın üçüncüsünün pley-off oynayacağı deyilir. Bu cür söz-söhbətlər motivasiya baxımından komandanız üçün nə qədər problem yarada bilər?” sualını “Kəpəz”in baş məşqçisi belə cavablandırıb: “Yaxşı vurğuladınız ki, bu, söz-söhbətdir, qərar deyil. Qərar olduqdan sonra müzakirə aparmaq mümkündür. Bu gün sadəcə ehtimaldır. İndi yalnız komanda sayı artırılıb, bu da sevindirici haldır”.
Mütəxəssis legioner limitinin ləğvinə baxmayaraq, azərbaycanlı futbolçuların da oynamaq şansı qazanacağını düşünür: “Bu gün biz icra edən orqanıq. Məşqçinin işi verilən qərarlara uyğun işləməkdir. Üstəgəl, niyə “Kəpəz”də əsas heyətdə yerli futbolçu olmasın? Komanda Premyer Liqada qalarsa, heyətdə yerli futbolçular da olacaq, onlardan istifadə edəcəyik. Çünki mənə elə gəlir ki, Azərbaycanda kifayət qədər potensiallı, istedadlı futbolçu var. Biz də öz töhfəmizi verərik”.
“Sumqayıt”ın Yankoviçi elə bir gözəl qol vurdu ki… - Video
Azərbaycan millisinin seçmə mərhələ üçün heyəti
“Qəbələ” “İmişli” səfərindən 1 xalla qayıdır - Video
Kaxaber Sxadadze: “Qışda heyətin güclənməsinə ehtiyac var”
Mahir Emreli yenə heyətdən kənarda qaldı
"Sumqayıt" - "Karvan-Yevlax": Heyətlər
Mbappe zədəsini sağaltdı
Xabi Alonsodan “Vilyarreal” – “Barselona” oyununa etiraz
Modriç "Real"a qayıda bilər
"Böyük hesablı qələbə gözləmirdik" - "Kəpəz"in futbolçusu
"Neftçi" Abubakarın transferini açıqladı
"İmişli" - "Qəbələ": Heyətlər
"Karvan-Yevlax" üçün yeni avtobus alındı - Şəkillər
2035-ci ildə pauza götürəcək
Mançini “Mançester Yunayted”in yeni baş məşqçisi ola bilər
Bir dəli quyuya daş atıb, qırx ağıllı yığışıb çıxara bilmir…
“Qarabağ” “Atletik”ə qalib gəlməyə qadirdir” - Koxalski
Ukraynada “layk” qalmaqalı
PSJ öz meydanında xal itirdi
Renat oynamadı, komandası uduzdu
“Hədəfimiz Bilbaoda 3 xal qazanmaqdır” - Kamilo Duran
“Barselona” Lamin Yamalın həyat tərzindən narahatdır
“Qarabağ”ı liderliyə yüksəldən qələbə - Video
“Qarabağ” kimi komandaya qarşı oynamaq çətindir” - Berdiyev
Qurban Qurbanov: “Atletik” taktiki baxımdan güclüdür”
Yankoviç qayıtdı!
Yayda “Mançester Yunayted”dən ayrıla bilər
“Fənərbaxça”nın futbolçusu Braziliyaya qayıdır?
1-ci liqada 5-ci tura yekun vuruldu
“Kəpəz”in mövsümdə ilk qələbəsinin - Videosu
“Turan Tovuz” - “Qarabağ”: Heyətlər
Ayxan Abbasov: "Belə qırmızı vərəqələri bağışlamıram"
"Neftçi"nin sabiq futbolçusu ilə yollar ayrıldı
İngiltərə Premyer Liqası oyunçularının fantastik dəyəri
Azərbaycan millisi FİFA reytinqində irəliləyib
Ayın ən yaxşı qolunun müəllifləri mükafatlandırıldı
“Çelsi”nin ulduzu “Qarabağ”la oyunu buraxacaq
Yamal artıq pulsuz avtoqraf verə bilməyəcək