“Bilirsiniz ki, kuboka necə köklənmişik. Bu məqsədi qarşımıza ümid və stimul kimi qoymuşuq. Səfər matçından qələbə ilə dönmək yaxşıdır. Lakin bu o demək deyil ki, sondur. Bugünkü matçda rəqibin şansları oldu. Onlar da fərqlənə bilərdilər, biz də böyükhesablı qələbə qazana bilərdik. Bu oyun nəticə baxımından bizə motivasiya verdi. “Neftçi” üçün kubokun əhəmiyyətini futbolçular da anlayırlar. Artıq bundan sonra çempionat oyununa hazırlaşacağıq”.
QOL.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
Mütəxəssis komandasının ardıcıl iki matçda qapısını toxunulmaz saxlamasının səbəbini belə izah edib: “Neftçi”yə gəldiyimiz ilk gündən seriya yaxalaya bilmirdik. Demirəm indi hər şey əladır. Sadəcə o vəziyyətdən çıxış yolları axtarmağa başladıq. Bizə lazım olan, ən idealı oyunun içindəki nizam-intizamı yerinə oturtmaqdır. Bura daxildir rəqibə şans verməmək, sıx oynamaq, bir-birini sığortalamaq və s. Bu cür oyunun ən yaxşı nümunəsi “Sabah” və “Şamaxı” ilə oyunlar idi. İdeal vəziyyətdə olduğumuzu deməzdim. Bu gün çıxış yolu tapmalıyıq. Bəzi epizodlarda iki nömrə oynamaq yox, o situasiyaya düşəndə necə oynamalı olduğumuzun üzərində Qəbələdə hazırlaşdıq. Nəticə qazanmağın yolu budursa, üzərində dayanacağıq”.
S. Abasov Premyer Liqamızda legioner limitinin ləğvi və komanda sayının artırılması barədə düşünmədiyini vurğulayıb: “Bu haqda Azərbaycan futbolunda danışılmayanda mən danışmışdım. Jurnalistlər bildirdilər ki, Samir Abasov elə şeylər deyir... Sanki Azərbaycan futbolunun müqəddəratını mən həll edirəm. Dünən qatarda yolda yenə eyni adamlar danışırdı. Mən bu haqda düşünmürəm. O qədər işimiz başımızdan aşıb-daşır ki. Kubok, indi qarşıdan çempionat matçı gəlir. O barədə fikirləşmirəm, heç fikirləşməyəcəm də. Nə qərar verilsə, ona uyğun da davranacağıq”.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı