Azərbaycan Cüdo Federasiyası (ACF) məşqçilər heyətində bir sıra dəyişikliklər barədə qərar qəbul edib.
QOL.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Yeni Olimpiya tsikli ərəfəsində milli komandaların bütün yaş kateqoriyalarında işini beynəlxalq standartlara uyğunlaşdırmaq və aşkarlanmış istedadların elit idmançı səviyyəsinə effektiv şəkildə keçidini təmin etmək məqsədilə bu addım atılıb.
Kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman milli komandaların bütün yaş qrupları üzrə fəaliyyətinin təşkilinə və koordinasiyasına nəzarət edəcək performans direktoru vəzifəsinə təyin edilib. O, eyni zamanda kişilərdən ibarət milli komandanın baş məşqçisi kimi fəaliyyətini də davam etdirəcək.
Elxan Məmmədov kişilərdən ibarət milli komandanın böyük məşqçisi vəzifəsinə təyin edilib. Buna qədər o, gənclərdən ibarət milli komandanın baş məşqçisi kimi çalışıb.
Həmçinin, indiyə qədər Polşa, Avstriya və Belçika milli komandalarında baş və böyük məşqçi kimi çalışmış Robert Kravçik də kişilərdən ibarət milli komandanın böyük məşqçisi kimi fəaliyyət göstərəcək. 2013-cü ildən məşqçilik fəaliyyəti göstərən R. Kravçikin yetirmələri Olimpiya Oyunları, Avropa Oyunları və çempionatlarının dəfələrlə mükafatçıları olublar.
Gənc oğlanlardan ibarət milli komandanın baş məşqçisi vəzifəsi isə indiyə qədər yeniyetmə oğlanlardan ibarət milli komandanın baş məşqçisi olmuş Rüstəm Alimliyə həvalə edilib.
Yeniyetmə oğlanlardan ibarət milli komandanın baş məşqçisi isə indiyə qədər bu komandada məşqçi kimi çalışan Emin İskəndərov təyin edilib.
Qadınlardan ibarət milli komandanın baş məşqçisi Rəşad Məmmədovla qarşılıqlı razılaşma əsasında əməkdaşlığa son verilib. Federasiya Rəşad Məmmədova göstərdiyi xidmətlərə görə təşəkkür edir və gələcək fəaliyyətində uğurlar arzulayıb. Komandanın baş məşqçisi vəzifəsinə Amina Abdullatif təyin edilib. 2006-cı ildən etibarən məşqçilik təcrübəsi olan A. Abdullatif daha əvvəl Fransanın gənc və yeniyetmələrdən ibarət milli komandalarının məşqçisi vəzifəsində çalışıb, son illərdə isə Fransanın Milli İdman İnstitutunda cüdo şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib. Onun yetirmələri böyüklər, gənclər və yeniyetmələr arasında dəfələrlə dünya və Avropa çempionatlarının mükafatçıları olublar.
Gənc və yeniyetmə oğlanlardan ibarət milli komandaların texniki və taktiki hazırlığının müasir standartlara uyğun təmin edilməsi üçün Kotaro Sasaki bu komandalarda məşqçi kimi fəaliyyət göstərəcək. Yaponiyanın məhşur “Tokai” Universitetinin məzunu olan K. Sasaki 2016-cı ildən etibarən Yaponiya və Avropada bir sıra klublarda məşqçi kimi çalışmaqla yanaşı, müəyyən müddət Polşa Cüdo Federasiyasında yeniyetmələrdən ibarət komandanın əsas məşqçisi, həmçinin Olimpiya heyəti üzrə və gənclərdən ibarət milli komandanın köməkçi məşqçisi kimi fəaliyyət göstərib. K. Sasakinin yetirmələri böyüklər və gənclər arasında dünya çempionatlarının mükafatçıları olublar.
Saşa Herkenrat-Vimar qadınlardan ibarət milli komandanın məşqçisi vəzifəsinə təyin edilib. 2016-cı ildən məşqçilik fəaliyyəti ilə məşğul olan mütəxəssisin yetirmələri dəfələrlə beynəlxalq yarışların, o cümlədən Avropa çempionatının mükafatçısı olublar.


“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı
Keyn Messinin rekordunu qırdı
Azərbaycan güləşçisi dünya ikincisi oldu
"Milan" onunla yeni müqavilə imzalayır
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
Okan Buruk “Barselona”ya məğlubiyyətdən danışdı
Diqqət! Azərbaycan derbisi gəlir...
ÇL-in oyunlarını yayımlayacaq kanallar
Arda Turandan Türkiyə millisi iddialarına cavab!
Mourinyo ilə jurnalist arasında maraqlı dialoq
"Sevincliyəm, qürurluyam, fəxr edirəm!" - Video
Azərbaycan klublarından avrokuboklarda yeni qələbə rekordu
Güləşçimiz U-23 dünya çempionatında gümüş medal qazandı
Azərbaycan UEFA reytinqində irəlilədi
"Qalatasaray" - "Barselona" matçında vurulan qollar - Video
İlk ev oyunu, ilk qələbə - Video
"Sabah" ÇL-də neçəncidir?
"Qalatasaray" "Barselona"ya uduzdu, "Atletiko"dan qələbə
“Söz verirəm ki, daha yaxşı oynayacağıq” - Dambrauskas
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı