"Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 19-cu turunda doğma meydanlarında "Səbail"i 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra açıqlama verib.
QOL.az xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Məğlub olduq, bu, normaldır. Rəqib sonuncu pillədə gedir. Onlarda istək daha çox idi. Ona görə də qalib gəldilər. Biz öz şanslarımızdan istifadə etmədik. Rəqib isə əlinə düşən şanslardan yaxşı istifadə edib qollar vurdu. Belə oyunlar olacaq. Bəzi futbolçuların təklifləri var. Bu da normaldır. Qış transfer pəncərəsi bitməyib deyə bu söz-söhbətlər bəzi futbolçulara təsir edir. Yenə də oyuna görə uşaqlara təşəkkür edirəm. Heç nə itirilməyib. Rəqibi təbrik edirəm. Növbəti matça hazırlaşacağıq.
- Hansı mövqelərə transfer planlaşdırırsınız?
- Hücuma. İki hücumameyilli futbolçu gələcək.
- Transferə gecikdiyinizi düşünmürsünüz?
- Bilirəm ki, gecikirik. Amma bu, məndən asılı olmayan bir şeydir. Yaxşı futbolçu gətirmək üçün əlimizdən gələni edirik. Bir oyunçu bu gecə Bakıda olacaq. Hücumçudur. Elə-belə transferlər etmək istəmirik. Lazımlı futbolçunu tapmaq və bura gətirmək çox çətindir. Elə bir oyunçunu tapmışıq. Çalışacağıq ki, onu növbəti matça hazır edək.
- Rövlan Muradovun start heyətində olmaması ona gələn təkliflərlə bağlıdır?
- Sərtan Taşkın məşqlərdə daha aktiv iştirak edir, daha yaxşı formadadır deyə əsas heyətdə meydana çıxdı. Sırf bununla bağlıdır.
- Səbuhi Abdullazadənin start heyətində olmaması nə ilə bağlı idi?
- Əzələsində ikinci dərəcəli yırtıq var idi. Ona görə də risk etmədik. Amma ikinci hissədə onu meydana buraxmağa məcbur oldum. Heyət geniş olmasa da, gileylənməyəcəm. Bu futbolçularla başlamışam. Bunlarla da yaxşı yerlər uğrunda mübarizə aparacağıq. Futbolçulara təkliflər olanda oyuna yaxşı köklənə bilmirlər. Mən onları başa düşürəm. Amma onlar da məni başa düşsünlər. Çünki, digər oyunçular onlara görə əziyyət çəkir. İnanıram ki, növbəti oyuna qədər bu problem aradan qalxacaq. (sportal.az)
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik