"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 19-cu turunda öz meydanlarında "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub etdikləri oyunla bağlı fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Fasilədən sonra ilk oyun olmasına baxmayaraq, hər iki komandanın futbolçuları aqressivlik, ustalıq göstərdilər. Sanki fasilə olmayıb. Oyun bizim üçün uğurlu başladı. İlk dəqiqələrdə fərqləndik. Yenə təhlükəli hücumlarımız var idi. Sonra oyuna nəzarət rəqibə keçdi. Birinci hissənin ikinci yarısını yaxşı keçirmədik. Fasilədən sonra daha aqressiv, istəkli idik. Hamımız rəqibin gücünü bilirik. Elmar Baxşıyev möhkəm, yaxşı komanda formalaşdırıb. Oyunçularımın çıxışından razı qaldım. Rəqibi təbrik edirəm.
- Narazı qaldığınız məqamlar oldu?
- İtkilərimiz var. Davit Volkov 10 gün idi məşq etmirdi, dünən məşq etdi. Ehtiyatda oturmuşdu. Qola ehtiyacımız olsaydı, onu meydana buraxacaqdıq. Rüstəm Əhmədzadə də ehtiyatda idi. Digər futbolçularımız fiziki cəhətdən ideal ola bilməzdilər. İlk turlarda bütün komandalar üçün bu keçərli olur. Hamı formasını bərpa etdikdən sonra daha istəkli, daha ambisiyalı olmaq istəyirik.
- Baş verən hadisələri necə şərh verərdiniz? Nələr baş verdi ki, Qara Qarayev aqressivləşdi?
- Çox üzücüdür ki, iki komanda arasında belə şey baş verdi. Şükür, böyük insident olmadı, ola da bilməz. İki komanda arasında çox yaxşı münasibət var, rəhbərlik, məşqçilər və futbolçular arasında. Arada nə oldu bilmirəm, Qara əsəbiləşdi. Sarı vərəqəsi olduğu üçün müdaxilə etdim ki, sakitləşsin. Dedim ki, özünə də zərər verəcəksən. Orada çox adam var idi, düz-əməlli danışa bilmədim. İstəməzdik ki, nəsə olsun. İkinci hissədə daha böyük hadisələr olmalı idi, amma klublar arasındakı yaxşı münasibətə görə meydanda hər şey yaxşı oldu. (sportal.az)
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik