Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyev ASTA (Azerbaijan Sport Talents Academy) ilə I Liqada mübarizə aparan "Mingəçevir" klubu arasında tərəfdaşlıq müqaviləsinin imzalanmasına münasibət bildirib.
QOL.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında tərəfdaşlıq müqaviləsinin Azərbaycan futboluna böyük xeyir verəcəyini söyləyib: “Ötən ilin aprelindən bu prosesə başlamışıq. İlk dövrlərdə bir neçə regiona səfərlərimiz oldu və yekunda “Mingəçevir” variantı üzərində dayandıq. Demək olar ki, 4 ay aktiv danışıqlar getdi. Bu danışıqlarda tərəflərdən biri də Gənclər və İdman Nazirliyi idi. Çünki tərəfdaşın əsas planları infrastrukturla bağlı idi və buna görə də nazirlikdən razılığın alınması çox önəmli idi. Yekunda uzunmüddətli razılıq əldə olundu. Əsas planlar da elə onun üzərindən quruldu.
Uzunmüddətli inkişaf planı hazırlanıb. Əsas 3 istiqaməti əhatə edir: komanda, uşaq futbolunun inkişafı və infrastruktur. Komanda ilə bağlı ilk məqsəd “Mingəçevir”i I Liqada saxlamaqdır. Bildiyiniz kimi, “Mingəçevir” hazırda sonuncu yerdədir. Gedişata sonra baxılacaq. Gələcək planlar arasında Premyer Liqaya çıxmaq da var. Lakin qeyd etdiyim kimi, hazırda əsas hədəflər uşaq futbolu və infrastrukturla bağlıdır”.
T.Piriyev danışıqların yarım il davam etməsinə belə münasibət bildirib: “6 ay əslində qısa müddətdir. Bizim təcrübədə daha uzunmüddətli danışıqlarımız olub. Məsələn, “Turan Tovuz”la bağlı danışıqlar 1 il çəkdi”.
FİF-in icraçı direktoru “Kəpəz”ə sponsor tapılıb-tapılmaması ilə bağlı sualı belə cavablandırıb: “Sosial mediada nə paylaşım ediriksə, ilk növbədə “Kəpəz”lə bağlı sual olur. Buna görə “Kəpəz”lə bağlı sizdən də sual gözləyirdim (gülür).
Gəncə klubu ilə bağlı uzun müddətdir çalışırıq. Baş sponsor olmasa da, biz tərəfdən müəyyən tərəfdaşlıqlar imzalanıb. Dəstək olub. Eşitdiyimə görə, hazırda klubun sponsorluq prosesində müəyyən işlər gedir və yaxın zamanda təsdiqlənməsi gözlənilir. Lakin bu işlər biz tərəfdən aparılmır. Bu məsələ ilə hazırda klubun özü məşğul olur”.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik