“Fənərbaxça”nın vitse-prezidenti Acun Ilıcalı əzəli rəqibləri “Qalatasaray”ı ittiham edib.
QOL.az xəbər verir ki, o, Superliqada dünən “Hatayspor”a qalib gəldikləri (2:1) oyundan sonra türkiyəli jurnalistlərə açıqlama verib.
Ilcalı hakimlərin komandasına təzyiq etdiyini bildirib: “Göztepe” və “Eyüpspor”la matçlarda penaltimiz verilsə idi indi aramızdakı (“Qalatasaray”la - red.) xal fərqi 4 idi (indi 8-dir). Rəqib komandanın xal itirdiyi oyun yoxdur. Onlar üsyan edirlər, federasiya ilə məhkəmədədirlər. Amma neçə xal itiriblər? Sıfır. Biz 4 xal itirmişik.
"Qalatasaray” öz meydanında nə vaxt qırmızı vərəqə alıb? Dünya çempionatından əvvəl. 2,5 ildir qırmızı vərəqə görməyiblər. Bu, bir komediya filmidir. “Qalatasaray”ın qırmızı vərəqə almalı olduğu 4-5 matç var. Baş məşqçimizin əhvalı çox pisdir. O sual edir ki, bizim rəqibimiz kimdir?”
Ilıcalı iddia edib ki, “Qalatasaray” açıq-aşkar irəli çəkilir.
Klub rəsmisi bildirib ki, hazırda Türkiyə futbolunda ədalət yoxdur, hakimlik isə bitib, torpağa basdırılıb. Ilıcalı xarici hakim istədiklərini də deyib.
“Qalatasaray” isə bəyanat yayaraq “Fənərbaxça” klubunun iddialarını rədd edib. “Mövsümün əvvəlində əcnəbi VAR hakimi ilə bağlı tələblərimiz olsa, bu, qəbul edilmədi, - deyə sənəddə bildirilib.
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı