İspaniyanın "Real" klubunda prezidentliyə və İdarə Heyətinə növbəti seçkilərin çağırılması prosesinə başlanılıb.
QOL.az xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb.
Bəyanatda qeyd olunub ki, seçki prosesi yanvarın 7-də, saat 17:30-da rəsmi olaraq başlayacaq .
Hazırkı klub prezidenti Florentino Peresin və İdarə Heyətinin 13 aprel 2021-ci ildə başlayan səlahiyyət müddəti bu ilin aprel ayında başa çatacaq.
Peres iki dövr ərzində prezident vəzifəsində çalışıb. Onun fəaliyyəti 2000-2006-cı illər, sonra isə 2009-cu ildən bu günə qədər olan dövrü əhatə edir.
İspaniyanın AS nəşri yazır ki, Peres əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də rəqibsizdir və onun yenidən prezident seçiləcəyi gözlənilir. 2009, 2013, 2017 və 2021-ci il seçkilərində Peres bu vəzifəyə yeganə namizəd olub. Bunun əsas səbəblərindən biri kimi seçki prosesinin ciddi qaydalar tələb etdiyi bildirilir.
"Real"da klub prezidenti vəzifəsinə namizədlərdən tələblər isə aşağıdakılardır:
1.Tam hüquq qabiliyyətinə malik yaşda İspaniya vətəndaşı olmalıdır.
2.Bütün üzvlük öhdəlikləri, o cümlədən haqların ödənilməsi ilə bağlı məlumatlı olmalıdır.
3.Rəhbər vəzifələrdə işləmək hüququndan məhrum edilməməlidir.
4. Namizədlik zamanı digər futbol klublarında rəhbər vəzifələrdə olmamalı və ya oyunçu, hakim, məşqçi və ya texniki heyət üzvü kimi aktiv fəaliyyət göstərməməlidir.
5.Ən azı 20 il (vitse-prezident namizədləri üçün 15 il, idarə heyətinin digər üzvləri üçün 10 il) hər hansı kluba üzvü olmalıdır.
6.Bank zəmanəti olmalıdır.
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri