Sabah "Qarabağ" Avropa Liqasının 6-cı turunda İsveçdə "Elsfborq"la qarşılaşacaq.
Bu oyun Ağdam təmsilçisi üçün vacib matçlardan biridir. Qurban Qurbanovun komandası "pley-off"a yüksəlmək şansını saxlamaq üçün bu oyunda qələbəyə köklənib. Lakin komandadakı itkilər narahatlıq yaradır.
QOL.az xəbər verir ki, müdafiənin mərkəzindəki problemlər baş məşqçi Qurban Qurbanovu indi bəlkə də ən çox qayğılandıran məsələdir. Məlumdur ki, Kevin Medina "Neftçi"yə qarşı keçirilən Premyer Liqanın 15-ci turunun oyununda əzələsini dartlb. Bu səbəbdən kolumbiyalı 2024-cü ilin sonunadək yaşıl meydanlardan kənarda qalacaq.
Bu problem azmış kimi, digər mərkəz müdafiəçisi Bəhlul Mustafazadə isə "Elfsborq"la matçın hazırlığı zamanı zədələnib. O, bud arxa əzələsinin gərilməsi səbəbindən təxminən 4-6 həftə yaşıl meydanlardan kənar qalacaq.
Bəhlul Mustafazadə
Beləliklə, "Qarabağ" "Elfsborq"la matçda iki mərkəz müdafiəçisinin xidmətindən istifadə edə bilməyəcək.
Elə isə baş məşqçi Qurban Qurbanov həmin mövqelərdə kimləri oynadacaq?
Məlumdur ki, "Qarabağ"da 3 mərkəz müdafiəçisi var: Medina, Mustafazadə və kapitan Bədavi Hüseynov. İlk iki futbolçudan fərqli olaraq, Bədavi Hüseynovun oyunda iştirakla bağlı problemi yoxdur və bu mənada, biz kapitanı sabah əsas heyətdə görə bilərik.
Qurban Qurbanov digər mərkəz müdafiəçisi qismində isə böyük ehtimalla cinah müdafiəçisi Mateus Silvanı oynadacaq. Braziliyalı 2 nömrə "Neftçi" və "Sabah"la Misli Premyer Liqasının son iki matçında məhz mərkəzdə çıxış edib (hər iki oyunda 90 dəqiqə) və vəzifəsinin öhdəsindən ümumən uğurla gəlib.

Ona görə də "Elfsborq"la oyunda Qurbanovun məhz Hüseynov - Silva cütlüyünü müdafiənin mərkəzində oynatması ehtimalı yüksək görünür. Onlar "Sabah" - "Qarabağ" matçında da mərkəzdə çıxış ediblər.
Digər mövqelər üzrə isə yalnız yarımmüdafiəçi Aleksey İsayev sabahkı matçı buraxmalı olacaq. Lakin İsayevin yoxluğunu "Qarabağ" üçün ciddi itki də saymaq olmaz. Bu futbolçu avrokubok görüşləri zamanı daim ehtiyatda olub və əsas yük başqa futbolçuların üzərinə düşüb.
Beləliklə, indiki ana qədər "Qarabağ"da ciddi problem yalnız müdafiənin mərkəzindədir. Odur ki, ümid edirik, oyuna qədər komanda üçün kadr sarıdan itkilər olmayacaq.
Qeyd edək ki, "Elfsborq" - "Qarabağ" matçı İsveç vaxtı ilə dekabrın 12-si saat 21.00-da (Bakı vaxtı ilə 13 dekabr, 00:00-da) başlanacaq. 5 turdan sonra "Qarabağ" 3 xalla 32-ci, "Elfsborq" isə 4 xalla 28-ci yeri tutur.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
“VAR qaydanı bilmirsə, vəzifəsindən getməlidir”
Azərbaycan millisi Moldovaya məğlub oldu
1-ci liqada hakim təyinatları açıqlandı
Salah “Trabzonspor”da rekorda imza atdı
Mbappe: “Bəlkə də “Qızıl top” üçün mənim uğurlu ilimdir”
“Barselona”nın sabiq futbolçusu karyerasını başa vurdu
Mourinyo: “Pley-offa adlayacağıq”
"Millidə də qol vurmaqda özümə güvənirəm" - Vüsal İsgəndərli
Hakim Ziyeşin yeni klubu məlum oldu
"Fiorentina" baş məşqçisini istefaya göndərdi
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
Ulduz futbolçu "Əl-İttifaq"ı "Əl-İttihad"a dəyişdi
Evdə 100-cü qol
Esposito ilə yeni müqavilə imzalandı
“Qarabağ”dan 2 yeni xəbər - Biri şad, o biri məyusedici
Qismət Alıyev “250”yə çatdı
Son 21 mövsümdə ilk dəfə
Mehman Hacıyev vəfat etdi
“Qarabağ”ın o boşluqlarından qollar vurduq” - Açıqlama+Video
Salahın qolu, "Trabzonspor"un qələbəsi - Video
Kerrik “Sabah”la oyundan danışdı
“Barselona"ya məğlubiyyətə görə etiraz aksiyası keçirdilər
"Yuventus" "Milan"la qarşılaşdı - A Seriyasında nəticələr