"Qarabağ"ın hücumçusu Redon Cicanın qış transfer pəncərəsində ölkəsinə qayıda biləcəyinə dair növbəti xəbərlər yayılıb.
QOL.az xəbər verir ki, Albaniyanın "Panorama" nəşri "Partizani" klubunun 26 yaşlı hücumçunu heyətinə cəlb etmək istədiyini yazıb. "Partizani" hazırda Albaniya çempionatında liderdir. Bu klub 17 dəfə ölkə çempionu olub.
Qeyd edilir ki, Cicanın Ağdam klubu ilə 2026-cı ilin yayına qədər müqaviləsi var. Onu birdəfəlik transfer etmək üçün yüksək məbləğ tələb olunur. Bu səbəbdən "Partizani" hazırkı mövsümün ikinci yarısı üçün futbolçunu icarə qaydasında transfer etmək istəyir.
Qeyd edək ki, Cica bugünlərdə Albaniya mətbuatına verdiyi müsahibədə "Qarabağ"da istədiyi oyun şansını qazana bilmədiyi üçün qışda vətəni Albaniyaya qayıdacağını istisna etməyib.
Cica bu mövsüm "Qarabağ"da bütün turnirlərdə cəmi 10 oyunda meydana çıxıb və 3 qol vurub.
"Yuventus"da itki
Toral oynadı, komandası qalib gəldi
“Real”la münaqişəyə görə vəzifəsindən gedə bilər
Ronaldo millidəki davranışına görə cəzalandırıldı
UEFA FİFA-dan hesabat tələb etdi
Flik Arda Gülerin epizodunu şərh etməkdən yayındı
“Məni komandamın performansı maraqlandırır” - Dambrauskas
“Çempionlar Liqasında hər şey fərqlidir” - Zedadka
"Sabah"ın bütün futbolçularını araşdırmışam"
"Borussiya"nın "Sabah" hazırlığından - Şəkillər
“Liverpul”un 2 futbolçusu sıradan çıxdı
1-ci liqada həftənin hakimləri məlum oldu