Modriç "Real"dan gedir

Modriç "Real"dan gedir
XƏBƏR 4 Dekabr 2024 / 09:31 3068
-  A +

"Real"ın yarımmüdafiəçisi Luka Modriç mövsümün sonunda klubu tərk etmək istəyir.

QOL.az xəbər verir ki, bu barədə ispaniyalı insayder Xose Feliks Diaz  məlumat yayıb.

39 yaşlı futbolçu klubundan ayrıldıqdan sonra karyerasını bitirməyi planlaşdırmır. O, sadəcə başqa bir komandada özünü sınamaq istəyir.

Qeyd edək ki, Modriç 2012-ci ildən Madrid təmsilçisində oynayır. Bu mövsüm xorvatiyalı yarımmüdafiəçi bütün turnirlərdə 20 oyun keçirib və 3 məhsuldar ötürmə edib. Onun "Real"la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. 


Dünya Çempionatı 2026
Son xəbərlər
02.07.26  20:49

Daha 2 il "Sumqayıt"da

02.07.26  16:46

Van Qal istefa verdi

topaz banner