FİFA 2024-cü ildə Ferens Puşkaş mükafatına 11 namizəd futbolçunun adını elan edib. Bu mükafat dünyada il ərzində vurulan ən yaxşı qolun müəllifinə təqdim olunur.
QOL.az xəbər verir ki, namizədlər onların milli və ya klub komandası səviyyəsində vurduğu qollara əsasən müəyyənləşdirilib. Siyahıda "Qarabağ"ın Əlcəzair millisində çıxış edən yarımmüdadiəçisi Yassin Benzianın da adı var.
30 yaşlı futbolçu bu il martın 26-da Cənubi Afrika millisinə qarşı matçda akrobatik tullanışla gözəl qol vurub.
Ferens Puşkas mükakatına namizəd olan 11 futbolçu aşağı adları qeyd olunanladır:
Hassan Əl-Haidos (Qətər)
Terri Antonis ("Melburn Siti" Avstraliya)
Yassin Benzia (Əlcəzair)
Uolter Boy ("Lanus" Argentina)
Mixael Çirinos (Honduras)
Federiko Dimarko ("İnter" İtaliya)
Alexandro Qarnaço ("Mançester Yunayted" İngiltərə)
Mohammed Kudus ("Vest Hem" İngiltərə)
Denis Omedi ("Kitar" Uqanda)
Pol Onuaçu ("Trabzonspor" Türkiyə)
Ceyden Filoqen ("Hall Siti" İngiltərə)
İlin ən yaxşı qolu mükafatı FİFA saytında keçirilən səsvermənin yekunundan sonra, 2025-ci il fevralın 25-də təşkil olunacaq mərasimdə qalibə təqdim ediləcək.
Benzianın Cənubi Afrika millisinə vurduğu qol
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı