“Avrokuboklarda iştirak və orada uğurlu nəticə göstərmək bizim üçün çox vacibdir. İki matçda xal itirsək də, Avroliqada ümumi nəticələrimiz yaxşıdır. Sabahkı matç üçün hədəfimiz bəllidir: qalib gəlmək və növbəti oyunlara rahat hazırlaşmaq”.
QOL.az xəbər verir ki, bu sözləri Fransanın “Lion” komandasının futbolçusu Jordan Veretu (Jordan Veretout) UEFA Avropa Liqasının 5-ci turunda Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri oyunla bağlı təşkil olunan mətbuat konfransında bildirib.
“Qarabağ” barədə danışan 31 yaşlı yarımmüdafiəçi rəqiblərinin matçlarının videoyazısını izlədiklərini söyləyib. Onun sözlərinə görə, “Qarabağ" hücum keyfiyyəti olan yaxşı komandadır və onları qiymətləndirməmək olmaz:
“Qarabağ”a qələbə lazımdır ki, pley-off şanslarını saxlasınlar. Biz isə yığdığımız tempi saxlayaraq növbəti mərhələyə vəsiqəni tez qazanmaq istəyirik. Biz həmçinin bir vaxtlar “Lion"da oynamış Yassin Benzianı tanıyırıq. O, “Qarabağ”ın heyətində çıxış edir. Çox təcrübəli və təhlükəli futbolçudur. Ona qarşı diqqətli olmalıyıq”.
Jordan Veretu bildirib ki, Avroliqanın yeni formatına əsasən, Liqa mərhələsində bir rəqibə qarşı bir oyun keçirirsən: “Bu isə “Qarabağ” kimi komandaların üzərində təzyiqi daha da artırır. Onlar sabah mütləq qələbə qazanmaq istəyəcək. Bu, çox çətin oyun olacaq. Xüsusən unutmamalıyıq ki, rəqib öz azarkeşlərinin dəstəyi altında çıxış edəcək. Amma biz bura qələbə üçün gəlmişik. Biz qələbələrə qayıtmaq və bu mini-çempionatda irəliləmək istəyirik”.
Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də başlayacaq.
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video
“Özümü sübut etmək üçün mənə vaxt verilmədi” - Juninyo
Harri Keyn "Tottenhem"ə təşəkkür etdi
İstanbul derbisində futbolçular arasında dava düşdü - Video
“Qızıl top”un yekun sıralaması
"Qızıl top"un qalibi açıqlandı
Putelyasdan tarixi uğur – Üçüncü “Qızıl top”
İlin ən yaxşı hücumçusu odur