Azərbaycan futbolunda böhranlı günlər davam edir.
QOL.az-ın xəbərinə görə, ölkənin əsas millisi ilə yanaşı aşağı yaş qrupları üzrə komandaların da nəticələri məyusluq doğurur.
Məlum olduğu kimi, A milli komanda bu mövsüm Millətlər Liqasında keçirdiyi 4 oyunun hamısında məğlub olub.
Azərbaycanın U-21 millisi isə Avropa çempionatının seçmə mərhələsndə çıxışını bərbad sonluqla yekunlaşdırıb. Milli komanda keçirdiyi 10 oyunun 9-da uduzub, yalnız 1-də qələbə qazanıb. Samir Əliyevin baş məşqçisi olduğu komanda cəmi 4 qol vurub, öz qapısından isə düz 30 top buraxıb. Bu, orta hesabla hər oyuna 3 qol deməkdir.

U-21 millisinin indiki əksər üzvlərinin yaxın illərdə ölkənin əsas millisinin oyunçusu ola bilər. Bu mənada, millinin gələcək taleyinin acınacaqlı olacağını təxmin etmək çətin deyil.
Azərbaycan U-21 millisi qrupdakı son matçını dünən səfərdə İngiltərəyə qarşı keçirib və öz qapısından 7 qol buraxıb. Buraxılan qollar zamanı müdafiəçilərin, qapıçının zəif oyunu təəssüf doğurmaya bilməz. Bir epizodda isə mərkəz müdafiəçisi Cəlal Hüseynov avtoqola imza atıb.
Elə yarımmüdafiə və hücum xəttinin oyunu barədə də tənqidi fikirlər səsləndirmək olar. 90 fəqiqə ərzində Azərbaycan millisi rəqib qapısına doğru cəmi 3 zərbə vurub, rəqibdə isə bu göstərici 31 olub. Bizimkilərin zərbələrindən yalnız 1-i, ingilislərdə isə 13-ü çərçivəyə doğru gedib. Onlardan da 7-si qolla nəticələnib.

Maraqlıdır ki, bu matçdan əvvəl U-21 millisinin baş məşqçisi Samir Əliyev "Report" agentliyinə müsahibəsində belə bir fikir səsləndirmişdi:
“İngiltərə yığması ilə bizim heyəti müqayisə etmək belə düzgün deyil. Üstəlik, bildiyimə görə, stadion dolacaq, tribunalarda boş yer qalmayacaq. Çalışırıq oyunçuları kökləyək. Bu cür stadion və azarkeşlərin qarşısında İngiltərə ilə oynamaq komanda üçün də stimuldur. Sabah meydanda ayaq yerinə başımızı qoyacağıq ki, layiqli mübarizə göstərək. Mərhələnin son oyunudur”.
Samir Əliyevin və komandasının meydanda ayaq yerinə necə "baş qoyduğu" nəticədən görünür: 0:7. Qollardan 5-ni isə ikinci hissədə buraxmışıq. Görəsən, oyun zamanı o başı idarə edən beyin, onun fikirləri harada olub?
Və sonda...
Azərbaycan U-21 millisinin Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının hesablarına diqqət edək, məşqçilərimiz, futbolçularımız isə bu "ürəkaçan" hesablara baxıb "feyziyyab" olsunlar:
Serbiya - Azərbaycan - 2:0
Azərbaycan - Şimali irlandiya - 0:1
Azərbaycan - Lüksemburq - 3:2
Ukrayna - Azərbaycan - 1:0
Azərbaycan - İngiltərə - 1:5
Azərbaycan - Ukrayna - 0:3
Lüksemburq - Azərbaycan - 2:0
Azərbaycan - Serbiya - 0:2
Şimali İrlandiya - Azərbaycan - 5:0
İngiltərə - Azərbaycan - 7:0
Qeyd edək ki, qrupda yekun sıralama belə olub:
1. İngiltərə - 25 xal
2. Ukrayna - 24 xal
3. Serbiya - 16 xal
4. Şimali İrlandiya - 11 xal
5. Lüksemburq - 8 xal
6. Azərbaycan - 3 xal
... Göründüyü kimi, bizimkilər hətta Lüksemburqun nəticəsinə də həsəd apara bilər.
Yəni hamı, hətta Lüksemburq da irəli gedir. Biz isə geriyə..
“Nyukasl” “Qarabağ”ı ağır məğlubiyyətə uğratdı
"Nyukasl"ın hücumçusu ÇL rekordunu təkrarladı
Klublararası dünya çempionatının formatı dəyişir
"Qarabağ"da itki
"Mançester Yunayted" onu klubdan göndərir
“Barselona”dan antirekord
"Vest Hem"in yeni transferi sıradan çıxdı
“Bakı Sportinq”in səfər qələbəsindən - Video
“Qarabağ” - “Nyukasl” - Heyətlər
"Barselona"nın futbolçunu geri qaytarmaq planı pozuldu
FİFA prezidenti: "Günahkarlar məsuliyyətə cəlb olunmalıdır"
Baş məşqçi ağır cəzalandırıldı - 7 matçlıq diskvalifikasiya
Messi geri döndü
Bakını kəşf edirlər - Şəkillər
“Nyukasl”ın hücumçusu klubu tərk edə bilər
Qış Olimpiya təmsilçimiz çıxışını başa vurdu
Fransa klubu yeni baş məşqçisini açıqladı
Misli Premyer Liqası TOP-50-də
"Xankəndi"də yeni məşqçi
1-ci liqada 15-ci tur başladı
Xabi Fransa klubuna "yox" dedi
UEFA-dan Vinisius qalmaqalı ilə bağlı açıqlama
“Yuventus” 68 il sonra avrokubokda 5 qol buraxdı
AFFA Kadi və Məqsədi 2, Ramalinqomu 3 oyunluq cəzalandırdı
Bakıda ingilis azarkeşlərin uzun növbəsi yarandı - Şəkillər
ABŞ səfirliyindən Nərimanla bağlı paylaşım
Azərbaycan millisinin yekun heyəti açıqlandı
Çempionlar Liqası oyunlarını yayımlayacaq kanallar
Kvaratsxeliyadan antirekord
Okan Burukdan qələbə şərhi
Çempionlar Liqasında qalmaqal - Video
"Qalatasaray" - "Yuventus" matçındakı 7 qol - Video
"Qalatasaray" "Yuventus"a şok yaşatdı, “Real”dan qələbə
"Tofiq Bəhramov" və Bakı "Nyukasl"ın gözündən - Video
İsgəndər Cavadov yenidən bu vəzifəyə seçildi
Klub stadionda ayaqüstü sektor yaradır
"Nyukasl"ın "Qarabağ" hazırlığı - Şəkillər
Rəhim Həsənov qolun ləğvini təsdiqlədi - Video
Keyn bu göstəricidə Ronaldonu geridə qoydu
"Qarabağ" qeyri-adi komandadır" - "Nyukasl"ın futbolçusu