“Məğlubiyyətdən sonra danışmaq çətin olur. Uduzulası oyun deyildi”.
QOL.az xəbər verir ki, bu sözləri Millətlər Liqasının 4-cü turunda Slovakiya ilə Bakıda keçirilən oyundan sonra milli komandamızın üzvü Ceyhun Nuriyev deyib.
O, 1:3 hesablı məğlubiyyəti belə şərh edib: “Matçın əvvəlində şanssız qol buraxdıq. Lakin sonradan hesabı bərabərləşdirdik. İkinci hissəyə çox yaxşı başladıq. Hesabda önə də keçə bilərdik. Bunun üçün şanslarımız da var idi. Təəssüf ki, oyunun qırılma anı qırmızı vərəqə oldu”.
Yarımmüdafiəçi bildirib ki, azlıqda qalmasaydılar, nəticə tam fərqli olardı: “Buna əminəm. Çünki oyunun gedişatı belə düşünməyə əsas verir. Epizodlarımız var idi. Topa nəzarət edirdik. 10 nəfər qaldıqdan sonra bizi otuzdurdular qapıya. Sona qədər dözə bilmədik”.
C.Nuriyev məğlubiyyətə görə tək qırmızı vərəqə alan Mahir Emrelinin günahkar olmadığını söyləyib: “Uduzmuşuqsa, bu, hamının məsuliyyətidir. Bütün komanda uduzub. Günahı tək Mahirin üstünə atmaq düz olmazdı”.
O, qrup mərhələsinin son 2 matçında qalib gəlməyə çalışacaqlarını vurğulayıb: “Ardıcıl 4 məğlubiyyət pis nəticədir. Belə olmasını istəməzdik. Ən acı məğlubiyyət Estoniya ilə matçda oldu. İndi xalsız qalmamalı idik. Qarşıdakı 2 matça maksimum nəticə üçün çıxacağıq, hədəf 6 xaldır. Milli üçün sadəcə vuruşmalıyıq”.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi