"Görünən odur ki, milli daha da pis duruma düşəcək"

"Görünən odur ki, milli daha da pis duruma düşəcək"
ÖLKƏ FUTBOLU 15 Oktyabr 2024 / 14:09 1550
-  A +

“Milli komanda ilə bağlı danışmaq çətindir. Çünki yaxşılığa doğru gedən heç nə yoxdur”.

Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Ceyhun Sultanov deyib.

Millimizin UEFA Millətlər Liqasında ardıcıl 4 oyunda uduzması ilə bağlı fikirlərini bildirən keçmiş yarımmüdafiəçi bunu futbolçu keyfiyyəti ilə əlaqələndirib: “Mən istənilən rəqibə uduzmağımızı dormal qəbul edirəm. Bunların hamısını bağlayıram futbolçu keyfiyyətinə. Əgər futbolçu keyfiyyəti yoxdursa, 5 Santuş, 6 Mourinyo, 8 De Byazi də birləşsə, yenə də Avropa çempionatına düşə bilməyəcəyik. Rəhbərlik nə düşünür, bilmirəm. Amma görünən odur ki, milli komandamız bu gedişlə daha da pis duruma düşəcək.

Ceyhun Sultanov

Milliyə başqa 20 nəfər futbolçu da gətirsək, daha pis olacaq. Çünki bu, ən yaxşı futbolçularımızdır. İndi nəyisə dəyişə bilmərik. Buna 10 il lazımdır ki, yeni nəsil gəlsin”.

C.Sultanov baş məşqçi Fernandu Santuşun millinin bir neçə ildən sonra yaxşı oynayacağı ilə bağlı fikirlərinə də münasibət bildirib: “Deyir ki, 1 ildən sonra biz bütün rəqiblərə qarşı oynaya biləcəyik. Axı kim ilə? Ramil Şeydayevi Ronaldo edəcək, yoxsa Emini Fernandeş? Elə bil bura gələn məşqçilər bizimlə məzələnilər. Bizə yuxarıdan aşağı baxırlar, ona görə nə gəldi danışırlar. Bizim futbol ictimaiyyəti də bunu qəbul edir. Yəni biz o qədər savadsızıq ki, gəlib bizim bildiklərimizi portuqal dilində deyirlər və bizdən yaxşı olduqlarını sübut etməyə çalışırlar? Santuş deyir ki, 2028-ci ildə yaxşı olacaq. Bunu əsaslandırsın ki, nəyə görə belə deyir. Nəyə əsaslanıb deyir ki, 2028-ci ildə bundan yaxşı olacaq. Bizim U-21 və digər aşağı yaş qruplarımızın nəticələrinə baxmır? Santuş sadəcə olaraq pulunu alıb gedəcək. Bizim futbol camiəsi də durub baxacaq. Əslində elə buna da layiqdirlər”. 

Fernandu Santuş

C.Sultanov qeyd edib ki, millinin problemi baş məşqçi ilə bağlı deyil. O, futbolun inkişafı üçün işə aşağı yaş qruplarından başlanmalı olduğunu bildirib: “Bu gün Santuşun yerinə elə sizin özünüz baş məşqçi olsanız, bu nəticə olmayacaqdı? Təbii ki, bundan pis olmayacaq. Çünki bundan pisi yoxdur. İspaniyadan, Xorvatiyadan məşqçi gətirmək olar, amma uşaq futbolu üçün. Bu gün Ramil Şeydayevin sürətini uzağı 3 faiz qaldıra bilərsən. Beynini ki dəyişə bilməzsən. Mən günahı futbolda ad qoymuş, çalışmış və indi danışmayan insanlarda görürəm. Əcnəbi gəlib bizə danışanda ki, 3 ildən sonra belə inkişaf edəcəyik, o insanlar nəsə demirsə... Biz harda səhv var, onu deməliyik. Pisə yaxşı desək, heç vaxt inkişaf olmayacaq. Problem ondadır ki, pisə pis deyəndə hamı səninlə düşmən olur. Bəs futbolun gələcəyi? Bunlar ofis işi deyil ki, hardasa səhv edəndə silib düzəldəsən. Burda bir səhv bir futbolçu nəslinin kökünün kəsilməyi deməkdir. Belə şeylər səni 5-10 il arxaya atır. Bunu bizimkilər düşünə bilmir. Çünki futbolçu nəslinin kəsilməyi nə deməkdir onu bilmirlər”.

Emin Mahmudovdan kapitan sarğısını alan Santuş Estoniya ilə görüşdə bu işi Abbas Hüseynova tapşırmış, vitse-kapitan Bədavi Hüseynovun isə Azərbaycan dilini bilmədiyini qeyd etmişdi. Üç gündən sonra isə Bədavinin yenidən kapitan seçilməsi sual yaratdı. C.Sultanov portuqaliyalı mütəxəssisin bu addımlarını da başa düşmədiyini vurğulayıb:  
  
“Mən Santuşun millidə etdiyi yanlış hərəkətləri gördükcə düşünürəm ki, o özü Avropa çempionu olmayıb. Onu futbolçular Avropa çempionu ediblər. Emin Mahmudovdan kapitanlığı aldı. Sən bunu Ronaldoya qarşı edə bilərsən? Səhəri gün səni vəzifəndən göndərərlər. Demirəm ki, Emin Ronaldodur, sadəcə olaraq futbolçuya yanaşma metodu var. Hansısa addımı atırsansa, onu əsaslandırmalısan. Əsasın düz gəlməyəndə deməli, yanlış iş görürsən”.

Ramiq Ağaməmmədov

Daha çox


Son xəbərlər
14.10.24  22:16

Sıfır…