“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze klubun rəsmi saytına müsahibə verib.
QOL.az xəbər verir ki, gürcüstanlı mütəxəssis komandanın çıxışı və qarşıdakı məqsədlər barədə fikirlərini bildirib.
- “Qəbələ”nin bu mövsümdə keçirdiyi 4 oyunu necə qiymətləndirirsiniz? Komandadan istədiklərinizi ala bilirsiniz?
- Komandamın indiyə qədər göstərdiyi oyundan razıyam. Məncə, nəticələrimizin də yaxşı olduğunu demək olar. Futbolçularım çox diqqətlidirlər və verdiyimiz bütün tapşırıqları hərtəfərli yerinə yetirirlər. Onların məşqlərdə əziyyət çəkməsi, işləməsi məni tam qane edir.
- Müsahibələrinizdə digər komandaların hər birinin “Qəbələ”yə qarşı xüsusi motivasiya ilə oynadığını bildirmisiniz. Sizcə, bu “Qəbələ”nin əleyhinədir yoxsa lehinə?
- Əlbəttə ki, “Qəbələ”yə qarşı bütün klubların motivasiyası böyükdür. Çünki, komanda daha öncə Premyer Liqada mübarizə aparıb və böyük uğurlara imza atıb. Hər kəs “Qəbələ”yə qarşı daha yaxşı görünmək istəyir. Biz bütün rəqiblərimizə hörmətlə yanaşırıq və yanaşmalıyıq. Bu, oyunçularımızın daha da diqqətli olmalarına səbəb olur.
- I Liqada mübarizə aparan klubların bir çoxu ot örtüyü problemi yaşayır. Bu cür meydançalarda oynamaq komandanın çıxışına necə təsir edir?
- Bəli, mən dəfələrlə qeyd etmişəm ki, meydançaların vəziyyəti ürəkaçan deyil. Belə olduğu halda isə, yaxşı oynamaq, gözəl futbol göstərmək çətin olur. Bu yalnız “Qəbələ”yə deyil, bütün klublara çətinlik yaradan səbəbdir. Bu cür ot örtüklərində heç bir komanda istədiyi oyunu nümayiş etdirə bilmir.
- Komandanın cari mövsümdə əsas hədəfi, heç şübhəsiz, çempionluqdur. Çoxları isə “Qəbələ”nin asanlıqla bunun öhdəsindən gələcəyini düşünür...
- Çempionat çox çətin və ağırdır. Heç kim deyə bilməz ki, bu liqada çempion olmaq asan əldə edilə biləcək nəticədir. Fərqli komandalar, fərqli oyunlar var. İlk gündən mən bildirmişdim ki, çempionat çətin keçəcək. Bu baxımdan nə baş verəcəyi ilə bağlı proqnoz vermək çətindir. Lakin əlimizdən gələni edirik ki, bu il I Liqanı çempion kimi başa vuraq.
- Çempionatın növbəti turunda keçiriləcək “Difai” ilə oyuna hazırlıq necə gedir?
- Çempionatın ötən turunda keçirdiyimiz “Baku Sportinq”lə oyundan sonra komandanı bir neçə günlük istirahətə buraxdıq. Daha sonra yenidən bir araya gələrək məşqlərimizə start verdik. Oyunçularımız da sevərək, yorulmadan çalışırlar, məşq edirlər ki, istədiyimiz nəticəni əldə edə bilək. Məşqçilər heyəti olaraq, komandamızın hazırlığından da razıyıq. Sadəcə bir problem sayılacaq nüans odur ki, 3 futbolçumuz U-21 millisinin heyətindədir. Onlar isə yalnız matça 2 gün qalmış komandaya qoşulacaqlar. Digər bütün proseslər isə istədiyimiz kimi gedir.
- Son turda səfərdə “Baku Sportinq”i 2 cavabsız qolla məğlub etdiniz. Rəqibin meydançası isə məlum olduğu kimi, olduqca pis vəziyyətdə idi. Artıq kubok oyununun da püşkü atılıb. “Qəbələ” 2-ci təsnifat mərhələsində öz meydanında məhz “Baku Sportinq”lə qarşılaşacaq. Kubok oyunu ilə bağlı fikirləriniz maraqlıdır...
- Kubok oyunlarımız hələ start götürməyib. Ona qədər isə bizim hələ vacib çempionat oyunlarımız var. Ayın 19-u “Difai” ilə qarşılaşırıq. Ona görə hazırda məhz bu matça köklənmişik. Yalnız növbəti oyunumuz hansıdırsa, ona hazırlaşırıq. Bir neçə oyun sonranı indidən düşünmək, hələ tez olar. Bu səbəbdən hazırkı durumda yalnız növbəti matça ciddi şəkildə hazırlaşmaqdan başqa fikrimizi heç nəyə yönəltmirik.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi