Türkiyənin əfsanəvi futbolçularından Nihat Kahveci Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunda keçirilən "Qalatasaray" (Türkiyə) - PAOK (Yunanıstan) oyunu haqqında danışıb.
QOL.az xəbər verir ki, o, "Kontraspor" Yutub kanalında yayımlanan verilişdə İstanbul klubununun evdə qazandığı 3:1 hesablı qələbəyə görə fəxr etdiyini bildirib. N.Kahveci oyundan əvvəl Yunanıstan mediasında yayılan “Konstantinopola gedirik” fikrinə də münasibət bildirib.
Həmçinin oxuyun: "Vurduğum hər qoldan sonra "Yarim"in səslənməsi çox mənalı olacaq"
"Konstantinopola gedirik dedilər, İstanbulu göstərdik. İstanbulun cəhənnəmini göstərdik. Azarkeşlərimiz möhtəşəm idi. "Qalatasaray" çox yaxşı oynadı, 3:1 hesablı qələbə qazandı. İndi bütün "Qalatasaray" azarkeşləri öz komandaları ilə fəxr edirlər. Mən də fəxr edirəm. Halal olsun! "Qalatasaray" hesab 1:1 olandan sonra da mübarizə apardı. Rəqibi də Yunanıstan çempionatının qalibi idi".
Mütəxəssis "Qalatasaray"ın qapıçısı Günay Güvenc haqqında xoş sözlər səsləndirib: "Günay, səni də təbrik edirəm. Musleranın əvəzedicisi olmaq asan deyil. Muslera olmayanda meydana çıxmaq asan deyil. İlk hissədə komandasını kritik vəziyyətdən xilas etdi. "Qalatasaray" 0:1 hesabı ilə geriyə düşə və oyun tam başqa cür nəticələnə bilərdi".
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı