Futbol meydançalarında onu ilk dəfə görənlər təəccübünü gizlətmirdilər. "Qız hara, şəkil çəkmək hara" ifadəsi o zamanlar tez-tez səslənirdi. Amma çox keçmədən o bütün stereotipləri dağıda bildi və qadınların da stadionlarda şəkil çəkməkdə kişilərdən geri qalmadığını sübuta yetirdi.
Viktoriya Melnik. Onu Azərbaycan çempionatının və millimizin oyunlarında şəkil çəkərkən tez-tez görürük. Ukrayna əsilli bu xanım Azərbaycanda doğulub, artıq üç ilə yaxındır ki, fotoqraflıq edir.
Gerisini o özü danışacaq.
- Bu işə həvəskar fotoqraf bir kimi başlamışam. Çünki işə təzə başladıım zaman futboldakı epizodlar mənim üçün çox maraqlı idi. Oyunda maraqlı epizodu çəkmək özümə də xoş gəlirdi. O dövrlər bu işə həvəskar, indi isə peşəkar kimi yanaşırdım.
-Təxminən neçə yaşından bu işlə məşğul olmağa başlamısan?
-Yaş deyəndə ki, mən bu işə uşaqlıqdan başlamışam. İlk vaxtlar dövrlərə uyğun olaraq müxtəlif aparatlardan istifadə edərək şəkil şəkirdir. İndisə işimi peşəkar bir fotoqraf kimi davam etdirirəm.
- Bildiyimizə görə, Azərbaycan jurnalistikasında xanım fotoqrafların sayı azdır. Bu da daha çox ölkəmizin mentaliteti ilə əlaqədardır. Mentalitet amili sənin işinə mane olurmu?
-Xeyr. Həm də deməzdim ki, Azərbaycanda jurnalistikasında xanım fotoqraflar azdır. Dəqiq sayını bilmərəm. Ancaq son il ərzində xanım fotoqrafların sayı 2 dəfə artıb və bu artım davam edir. Ona görə də, mentalitet amilm məni o qədər də narahat etmir.
- Nəyə görə digər sahələrdə deyil, məhz stadionda fotoqraf kimi işləməyi qərara aldın?
- Əsasən təmiz havaya daha çox üstünlük verdiyim üçün stadionu seçdim. Əvvəllər ofisdə çalışırdım. Həmin vaxtlar evdən ofisə, ofisdən də evə gedirdim. Bu isə məni yorurdu. Sonralar təmiz havada işləməyə qərara aldım. Çünki bu, sağlamlıq baxımından da mənə əlverişli idi.
- Bu sahəni seçməyində futbola marağınızın rolu olubmu?
- Yox. Mən deyə bilmərəm ki, futbola böyük marağım var. Məncə, nə fotoqraf, nə də jurnalist hansısa komandanın fanatı olmalıdır. Bu, onların peşə fəaliyyətinə mane olur. İstər-istəməz öz komandana qarşı simpatiya bəsləyirsən ki, bu da peşəkarlıqla uyğun gəlmir. Yaxşı olar ki, sərbəst olaraq öz işini daha mükəmməl görəsən.
- Artıq 3 ilə yaxındır ki, Azərbaycanda işləyirsən. İşə yeni başladığın dövrdə Azərbaycan klublarını və futbolçularını tanıyırdın?
- Qismən. Sadəcə olaraq, bir qədər media ilə tanışlığım zəif idi. Lakin zaman keçdikcə əlaqələrim genişləndi və buradakı dostlarımın dəstəyi sayəsində hər şey qaydasına düşdü.
- Azərbaycanda xanımların stadionlarda fotoqraf kimi işləməsi birmənalı qarşılanmır. Sən necə bu müddət ərzində replikalarla rastlaşmısan?
- Replikalar hər zaman olub. Lakin mən bunlara əhəmiyyət verməmişəm. Çünki bu halda işləyə bilmərəm. Ona görə də, bütün diqqətimi işimə yönəldirəm.
- Azərbaycanda hansı futbolçularla dostluq münasibətin var?
- Mən hansısa futbolçunun adını çəkmək istəmirəm. Demək olar ki, bütün futbolçularla dostluq edirəm. Lakin heç biri ilə sıx əlaqəm yoxdur.
- Bəs, hansı futbolçunun xarakterini bəyənirsən?
-Xarakter deyəndə ki, Azərbaycanda futbolçuların sayı olduqca çoxdur. Onların hərəsinin özünəməxsus xarakteri var. Hansısa birini fərqləndirməyim düzgün olmaz. Burada nəinki azərbaycanlı, hətta ukraynalı, latviyalı, moldovalı, rumıniyalı və s. ölkələrdən də futbolçular çıxış edir. Onların hamısına böyük hörmətim var.
- Fotoqraf fəaliyyətində hansı futbolçular fotoreportajdan imtina edib?
-Hansı futbolçudan fotoreportaj hazırlayacağımı özüm müəyyənləşdirirəm. İndiyə kimi, hansı futbolçuya fotoreportaj və ya müsahibə almaqla bağlı müraciət etmişəmsə, hamısı razılıq verib. Çox nadir hallarda ola bilər ki, hansısa futbolçu bundan imtina etsin. Təbii ki, əgər futbolçu imtina edirsə, deməli, bunun bir səbəbi var. Ona görə də, bu haqda o qədər də düşünmürəm.
- Sənin üçün doğma olan Ukrayna futbolu haqda nə deyə bilərsən? Ukraynada ən bəyəndiyin futbolçu və komanda hansıdır?
- Həmişə demişəm, indi də deyirəm ki, Ukraynada ən çox bəyəndiyim futbolçu Andrey Şevçenkodur. Komanda olaraq isə Kiyev “Dinamo”sunu qeyd edə bilərəm. Uşaqlıqdan bəri bu komandanın azarkeşiyəm.
- Fotoqraflıq fəaliyyətiniz şəxsi həyatına mane olmur ki?
- Qətiyyən. İstədiyim oğlan da mənə güvənir. Doğrudur, o futbolla az maraqlansa da, milli komandanın oyunlarını izləyir. Çünki bu, hamımızın komandasıdır. Mən öz işimi çox sevirəm. Ona görə də, işimin şəxsi həyatıma mane olacağını da düşünmürəm.
- Qeyd etdiyiniz kimi, artıq 3 ildir ki futbol sahəsində işləyirsən. Bu müddət ərzində bir sıra maraqlı hadisələrin şahidi olmusan. Bunlardan ən yadda qalanı və unudulmazı hansı olub?
- İşlədiyim 3 il ərzində elə də yadda qalan bir hadisəni xatırlamıram. Lakin mən həmişə stadionların azarkeşlərlə dolu olmasını arzulamışam. Hərçənd Azərbaycanda bu, çox gec-gec baş verir. Stadionda ən çox azarkeş yalnız avrokubok və milli komandanın oyunları zamanı olur. Yaxşı olardı ki, milli çempionat oyunlarında da azarkeşlərin sayı çox olsun. Bununla belə, Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab görüşündə “Bakı”nın Litvanın “Ekranas” klubunu 4:2 hesabı ilə məğlub etməsi mənim üçün daha yadda qalan hadisə olub. Çünki stadionun azarkeşlərlə dolu olduğu bir vaxtda “Bakı”nın qələbə qazanması ilə yanaşı, həmin gün mənim ad günüm idi. Bu, unudulmaz bir xatirədir.
- Dünya futbolunda hansı oyunçunu fotosessiyaya çəkmək istərdin?
- Bayaq da demişdim ki, ən çox bəyəndiyim futbolçu Şevçenkodur. O, uşaqlıqdan azarkeşlik etdiyim bir futbolçudur. Ancaq Şevçenko ilə yanaşı, rusiyalı Andrey Arşavini də fotosessiyaya çəkmək istərdim.
Vüsal HÜSEYN, Qol.Az
Ronaldo titulsuz qaldı
PSJ tarixinin rekord gəliri
"Karvan-Yevlax"ı 1/8 finala aparan qələbə - Video
"San Siro"nun gələcəyi həll olunur
“Bu, əsl kubok oyunu idi" - "İmişli"nin baş məşqçisi
"Turan Tovuz" "Dinamo"nu belə darmadağın etdi - Video
"Qarabağ" PFL-ə müraciət etdi
"Kuboku qazanmağa çalışacağıq" - Kurban Berdıyev
UEFA-dan Asim Xudiyevə növbəti təyinat
"Kəpəz" - "Ağstafa Gəncləri" oyunundakı 7 qol - Video
Azər Bağırov 6:1-i şərh etdi
"Qarabağ" - "Çelsi" matçının biletləri satışa çıxarılır
"İnter"in qapıçısı maşınla adam vurub öldürdü
"Bayer"də ciddi itki
Messi DÇ-2026-da oynamaq istədiyini açıqladı
Vinisius “Real”dan ayrılmağı düşünür
Yeni baş məşqçi Volkan Demirel olacaq - Rəsmi
"Real"ın kapitanı dizindən əməliyyat ediləcək
Premyer Liqa klubunda yeni müqavilə
"Çempionatın səviyyəsi artıb" - "Turan Tovuz"un legioneri
Futzal millimizin heyəti açıqlandı
Qurban Qurbanovun haqlı narazılığı - Video
"Seltik" Brendan Rocersi istefaya göndərdi
Taliskadan 2 gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
“Kəpəz” legioneri ilə yollarını ayırıb
Qazaxıstan millisinin sabiq qapıçısı vəfat edib
Superliqada 10-cu tura yekun vuruldu
“Turan Tovuz” Berdıyevlə müqaviləni uzadıb - Rusiya mətbuatı
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
Sergey Milinkoviçlə müqavilə imzalandı
"Qəbələ" və "Zirə"nin əvəzedicilərindən böyükhesablı qələbə
De Brüyne "Qarabağ"a qarşı oynamayacaq
London klubu Kante ilə yeni müqavilə imzaladı
"Qızlar xarakter göstərdilər" - Siyasət Əsgərov
İqor Tudor “Yuventus”dan qovuldu
U-17 millimiz rəqibinə böyük hesabla məğlub oldu
Azərbaycan millisi Qazaxıstana yenə qalib gəldi
Vinisiusdan Yamala sərt sözlər
Azərbaycanda UEFA Pro kursunun IV mərhələsi başladı
Türkiyə klublarının Avropa qazancı
Kovaçiç “Mançester Siti”dən ayrılır?
Alvaro Karreras Yamalın driblinqinə münasibət bildirdi
İqor Tudorun “Yuventus”dakı gələcəyi sual altındadır
Azərbaycan kubokunun adı dəyişdirildi