"Qarabağ" bu gün Çempionlar Liqasının pley-off mərhələsinin cavab mərhələsində Zaqreb "Dinamo"su ilə qarşılaşacaq. Ağdam təmsilçisi səfərdəki ilk matçda 0:3 hesabı ilə uduzub. Qurban Qurbanovun futbolçularının ilk dəfə 36 komandanın iştirakı ilə keçiriləcək ÇL-in Liqa Mərhələsinə düşməsi üçün 4 top fərqi ilə qalib gəlməsi lazımdır.
QOL.az-ın məlumatına görə, "Qarabağ" ÇL-in Liqa Mərhələsinə düşərsə, təkcə özünün və Azərbaycanın UEFA reytinqindəki mövqeyini gücləndirməyəcək, həm də büdcəsini xeyli artırmış olacaq.
UEFA bu ilin martında 2024/25 mövsümü üçün Avropa kuboklarının mükafat fondunu təsdiq edib. Bu mövsüm UEFA-nın yeni formatda keçiriləcək 3 yarışı (Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası) üçün mükafat fondu artırılaraq 3,317 milyard avroya çatdırılıb. Bu məbləğin 2,467 milyard avrosu (74,38 faiz) Çempionlar Liqası və UEFA superkubokunun iştirakçılarına, 565 milyon avrosu (17,02 faiz) Avropa Liqasının, 285 milyon avrosu isə (8,60 faiz) Konfrans Liqasının iştirakçılarına ayrılıb.
"Qarabağ" da daxil olmaqla Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn klubların hər biri artıq 4,29 milyon avronu təmin edib. Əgər Azərbaycan çempionu bu mərhələdə qalib gəlsə, Liqa Mərhələsində iştirak edəcək digər 35 klub kimi UEFA-dan 18,62 milyon avro mükafat alacaq. Bu zaman isə "pley-off"da iştirak üçün təmin edilən 4,29 milyon avro artıq UEFA-nın büdcəsinə qayıdacaq.
ÇL-də Liqa Mərhələsində hər bir qələbəyə 2,1 milyon avro, heç-heçəyə isə 700 min avro nəzərdə tutulub. Bundan başqa, Liqa Mərhələsində yekunda 1-8-ci yeri tutan komandaların hər biri bonus olaraq 2 milyon avro, 9-16-cı yerləri tutanlar 1 milyon avro mükafat alacaq.
Bundan başqa, ÇL-in Liqa Mərhələsi üçün bu mükafatlar da nəzərdə tutulub:
Final mərhələsinin hər bir "pley-off" iştirakçısı üçün 1 milyon avro
1/8 finala yüksələn klubların hər biri üçün 11 milyon avro
1/4 finala yüksələn klubların hər biri üçün 12,5 milyon avro
1/2 finala yüksələn klubların hər biri üçün 15 milyon avro
Finala yüksələn klubların hər biri üçün 18,5 milyon avro
ÇL qalibi üçün əlavə 6,5 milyon avro
2024-cü ildə Superkubok üçün yarışacaq klubların hər biri üçün 4 milyon avro, qalib üçün əlavə daha 1 milyon avro
Avropa Liqası
Avropa Liqasının Liqa Mərhələsinin 36 iştirakçı üçün isə 4,31 milyon avro mükafat ayrılıb. Qələbəyə görə 450 min avro, heç-heçəyə görə 150 min avro ayrılacaq. 1-8-ci yeri tutanlar əlavə 600 min, 9-16-cı yeri tutanlar isə 300 min avro bonus alacaq.
Bundan başqa, AL-in Liqa Mərhələsi üçün bu mükafatlar da nəzərdə tutulub:
Final mərhələsinin hər bir "pley-off" iştirakçısı üçün 300 min avro
1/8 finala yüksələn klubların hər biri üçün 1,75 milyon avro
1/4 finala yüksələn klubların hər biri üçün 2,5 milyon avro
1/2 finala yüksələn klubların hər biri üçün 4,2 milyon avro
Finala yüksələn klubların hər biri üçün 7 milyon avro
AL qalibi üçün əlavə 6 milyon avro
2024-cü ildə Superkubok üçün yarışacaq klubların hər biri üçün 4 milyon avro, qalib üçün əlavə daha 1 milyon avro
Konfrans Liqası
Nisbətən ən az gəlir isə bu yarışda olacaq. KL-in Liqa Mərhələsinin 36 iştirakçı üçün 3,17 milyon avro mükafat ayrılıb. Qələbəyə görə 400 min avro, heç-heçəyə görə 133 min avro ayrılacaq. 1-8-ci yeri tutanlar əlavə 400 min, 9-16-cı yeri tutanlar isə 200 min avro bonus alacaq.
Bundan başqa, KL-in Liqa Mərhələsi üçün bu mükafatlar da nəzərdə tutulub:
Final mərhələsinin hər bir "pley-off" iştirakçısı üçün 200 min avro
1/8 finala yüksələn klubların hər biri üçün 800 min avro
1/4 finala yüksələn klubların hər biri üçün 1,3 milyon avro
1/2 finala yüksələn klubların hər biri üçün 2,5 milyon avro
Finala yüksələn klubların hər biri üçün 4 milyon avro
KL qalibi üçün əlavə 3 milyon avro
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi