Cəlal Hüseynovun komandası məğlub oldu

Cəlal Hüseynovun komandası məğlub oldu
ÖLKƏ FUTBOLU 16 Avqust 2024 / 22:42 1612
-  A +

Azərbaycanlı futbolçu Cəlal Hüseynov Bolqarıstan çempionatında növbəti oyununu keçirib.

QOL.az xəbər verir ki, onun çıxış etdiyi "Arda" turnirin 5-ci turunda səfərdə "Spartak"ın qonağı olub.

Cəlal Hüseynovun start heyətdə çıxdığı oyunda komandası 0:1 hesabı ilə məğlub olub. O, fasilədə əvəzlənib.

Qeyd edək ki, "Arda" klubu 5 görüş keçirib, 3-də uduzub, 2-də qələbə qazanıb.
 

Daha çox


Son xəbərlər