Qardaş Türkiyənin bir sıra nüfuzlu media qurumları "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsindən yazıb.
QOL.az xəbər verir ki, Ağdam təmsilçisinin üçüncü təsnifat mərhələsinin cavab oyununda səfərdə "Ludoqorets" (Bolqarıstan) üzərindəki qələbəsi (7:2, ilk matç 1:2) Türkiyə mətbuatında da işıqlandırılıb. Bu zaman "Qarabağ" barədə müsbət fikirlər qeyd edilib. Yazılardan birində isə "Fənərbaxça"nın (İstanbul) ÇL-də Fransa "Lill"inə uduzduğu, "Qarabağ"ın isə qol yağışı yağdığı vurğulanıb.
"beIN Sports-Türkiyə"nin saytında matçla bağlı xəbər "Qarabağ" Çempionlar Liqasında tarix yazdı!" başlığı ilə yayımlanıb.
"Fanatik" qəzeti yazıya "Qarabağ" tarix yazdı. Çempionlar Liqasında 7 qollu zəfər" başlığı verib. Yazıda keçmiş "Fənərbaxça"lı Yassin Benzianın 2 qol vurduğu və 1 qol ötürməsi etdiyi vurğulanıb.
"Milliyet" qəzeti ötən gecənin oyunlarını "Qarabağ" 7 qol vuraraq Çempionlar Liqasında mərhələ adladı" başlığı ilə paylaşıb.
"TRHaber"in saytı isə "Azərbaycan təmsilçisi "Qarabağ"dan 7 qollu zəfər" başlıqlı yazıda bunları qeyd edib: "Təmsilçimiz "Fənərbaxça" "Lill"ə uduzarkən Azərbaycanın "Qarabağ" komandası öz meydanında uduzduğu Bolqarıstan "Ludoqorets"i ilə matçda sanki qol yağışı olub yağmağa başladı və Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandı".
"Haber Global" isə oyunla bağlı hazırladığı xəbərə bu baslığı qoyub: "Qarabağ" Çempionlar Liqasının bir addımlığında. 7 qollu çılğın qalibiyyət".
"Aydınlık" qəzeti isə "Çempionlar Liqasında gecəyə "Qarabağ" damğa vurdu. 7 qollu qalibiyyət" sərlövhəsi verib.
"Türkiyə" qəzeti isə "Azərbaycan komandası "Qarabağ" Çempionlar Liqasında tarix yazır" başlıqlı xəbərində qeyd edir ki, ilk matçda evdə uduzan (1:2) "Qarabağ" cavab görüşünün əsas vaxtını 3:2 öndə tamamlayıb. "Əlavə vaxtda düz 4 qol vuran "Qarabağ" 7:2 hesablı qələbə ilə gecəyə damğasının vurdu".
"NTV Spor"un saytı isə xəbəri "Çempionlar Liqasında gecəyə "Qarabağ" damğası. Keçmiş "Fənərbaxça"lı ulduzlaşdı, 7 qolla tur adladılar" başlığı verib.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu