“Neftçi”dən növbəti transfer

“Neftçi”dən növbəti transfer
ÖLKƏ FUTBOLU 12 Avqust 2024 / 21:41 5607
-  A +

“Neftçi” növbəti transferini rəsmiləşdirib.

QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi Rafael Quzzo heyətə cəlb olunub. 

29 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. O, “Neftçi”də 6 nömrəli formanı geyinəcək. Təcrübəli yarımmüdafiəçi ötən mövsüm Portuqaliyanın “Çaves” klubunun heyətində 17 oyuna çıxıb və 2 qol vurub. 

Qeyd edək ki, "Neftçi" bunadək Emil Səfərov, Edvin Kuç, Ramil Şeydayev, Robert Bauer, Andrey Ştoqrin və Rüstəm Samiqullini heyətinə qatıb.
 

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner