"Həqiqətən bərk komandaya qarşı oynadıq. Futbolçularım çox güc sərf etdilər. Çox sərt oynayan, fiziki özəllikləri yaxşı olan komandaya qarşı oynayırdıq".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Ludoqorets"lə Bakıda keçirilən ilk oyunundan sonra mətbuat konfransında deyib.
O, Bolqarıstan klubuna 1:2 hesablı məğlubiyyəti belə şərh edib: "Bu, mübarizənin ilk hissəsidir. İkinci hissə Bolqarıstanda olacaq. Ora qalib gəlmək üçün gedəcəyik. Lazım olsa, hansısa risklərə də gedəcəyik. Çempionlar Liqası oyunu olduğu hiss edilirdi. Qarşımızda təcrübəli, yaxşı komanda var idi. Futbolçularım inanırdılar. Qalib də gələ bilərdik, uduza da bilərdik. İlk oyunu uduzmuşuq. Heç nə bitməyib. Səfərdəki oyunda səliqəli, dəqiq oynamağa çalışacağıq. İnanıram ki, futbolçularım qarşıdakı günlərdə yaxşı hazırlaşacaqlar. Stadionda yaxşı ab-hava var idi, azarkeşlərə təşəkkür edirəm".
Q.Qurbanov cavab oyunu öncəsi Misli Premyer Liqasındakı matçlarının təxirə salınmasını istəmədiklərini bildirib: "Hazırda belə fikrimiz yoxdur. Digər futbolçularımızın oynamasına ehtiyac var. Hansı ki, onların da idman formasının yaxşı olması vacibdir. Növbəti çempionat oyunu da oynayacağıq".
Q.Qurbanov qeyd edib ki, futbolçular istədiyi kimi hazırlaşsa, səfərdən yaxşı nəticə ilə dönəcəklər: "Fikirlər fərqlidir. Amma əlbəttə ki, "Ludoqorets"in oyunçularının fərdi keyfiyyəti yüksəkdir. Lakin futbolçularımı onlardan zəif saymıram. Oyunçularıma daha çox güvənirəm. Rəqib 9 ildir ki, qruplarda oynayır. Belə oyunlara tam hazırlaşır. Mən rəqibi ciddiyə almışdım. Boşuna Macarıstana getməmişdim. İndi onları daha yaxından tanıdıq. Düşündüyümüz kimi alınsa, futbolçuları istədiyimiz kimi hazırlasaq, səfərdən yaxşı nəticə ilə dönəcəyik".
Baş məşqçi oyunun hakim idarəçiliyindən razı qalmadğını da deyib: "Narazılıq edirdim. Bəlkə kənardan fərqli görürük. Rəqib çox sərt oynayırdı, sərt müdaxilələri var idi. Sonda bizi cəzalandırırdılar. Bir az rəqibə simpatiya hiss olunurdu".
Şahruddin Məhəmmədliyevin zədəsindən danışan baş məşqçi yeni qapıçı axtarışlarının sürətlə getdiyini qeyd edib: "Şahruddinin qarşıdakı oyuna hazır olub-olmayacağını bilmirəm. Çünki sabaha, birigünə tam məlumat gələcək. Ola bilər daha uzun çəksin. Əvvəl də demişdim ki, bir qapıçı gətirmək aktual oldu. Şahruddin zədələnməsə də. Çox ciddi danışıqlar, axtarışlar gedir. Amma əldə olunan heç nə yoxdur. Ola bilər ki, tam razı qalmasaq da, bir qapıçı gətirək".
Q.Qurbanov "Bu rəqiblə oyunda ən çox çətinliyiniz nə idi?" sualını isə belə cavablandırıb: "Birinci təcrübə, ikinci oyunçuların fərdi ustalığı idi. Sürətli, dinamik, fiziki cəhətdən güclü idilər. "Ludoqorets" müdafiədə 90 dəqiqə oynamağı bacaran komandadır. Amma bizim xeyli sayda epizodlarımız oldu. Yaxşı hücumlar qurduq. Bu hallardan çəkinmirik. Əksinə, necə müdaxilə etmək lazımdır, onu düşünürük. Qarşıdakı matçda daha səliqəli və dəqiq oynamağa çalışacağıq".
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi