Azərbaycan taekvondoçusunun Paris-2024-dəki ilk rəqibi bilindi

Azərbaycan taekvondoçusunun Paris-2024-dəki ilk rəqibi bilindi
PARİS-2024 6 Avqust 2024 / 13:27 4231
-  A +

Azərbaycan taekvondoçusu Qaşım Maqomedovun Paris-2024 Yay Olimpiya Oyunlarındakı ilk rəqibi məlum olub.

QOL.az xəbər verir ki, 58 kq çəkidə mübarizə aparacaq idmançımız 1/8 finalda İrlandiya təmsilçisi Cek Uolleylə üz-üzə gələcək.

Görüş sabah Bakı vaxtı ilə saat 13:48-də başlayacaq.

Qaşım Maqomedov Avropa çempionudur. O, həmçinin qitə çempionatında 1 bürünc, Avropa Oyunlarında 1 bürünc, İslam Həmrəyliyi Oyunlarında isə 1 gümüş və 1 bürünc medal qazanıb.

Cek Uolley Avropa çempionatının və Avropa Oyunlarının gümüş mükafatçısıdır. 

Qeyd edək ki, 58 kq çəkidə mübarizəyə sabah yekun vurulacaq.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
16.07.26  12:19

Tarixdə ilk

topaz banner