"Qarabağ" - "Ludoqorets" oyununa nə qədər bilet satılıb?

"Qarabağ" - "Ludoqorets" oyununa nə qədər bilet satılıb?
ÖLKƏ FUTBOLU 5 Avqust 2024 / 22:24 7645
-  A +

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Ludoqorets” (Bolqarıstan) oyununa bilet satışı davam edir.

QOL.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq oyuna 23 min bilet satılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100  manat təşkil edir. 

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

 Satış məntəqələri:

 iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış

 Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu

 Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Qeyd edək ki, avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Lüdoqorets" matçı saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
09.09.24  10:55

Ronaldodan yeni rekord