“Oyuna yaxşı başladıq. 2:0 hesabı ilə önə keçmişdik. Ola bilər ki, bir qədər arxayınlaşdıq. Nəticədə də qələbəni əldən verdik”.
QOL.az saytına açıqlamasında bu sözləri “Sabah”ın hücumçusu Coy Lens Mikels Misli Premyer Liqasının ilk turunda “Şamaxı” ilə heç-heçə (2:2) oynadıqları görüşü şərh edərkən deyib.
O, Konfrans Liqasının oyununda çox güc itirdiklərini bildirib: “Asan qollar buraxdıq. Ola bilər bunda yorğunluğun da rolu var. Çünki “Makkabi”yə qarşı 120 dəqiqəlik ağır oyun keçirmişdik. Həmin matçda çox güc itirmişdik. Bu, “Şamaxı” üçün yaxşı nəticədir, amma biz 2 xal itirdik”.
Almaniyalı futbolçu hazırda diqqətlərini "Sent-Patriks Atletik"lə oyuna yönəltdiklərini söyləyib: “Artıq “Şamaxı” ilə matçı unutmalıyıq. Çünki bizi qarşıda çətin səfər oyunu gözləyir. İrlandiya klubu güclüdür. Üstəlik, öz meydanlarında çıxış edəcəklər. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, səfərdə uğurlu çıxış edək, yenə də azarkeşlərimizi sevindirək”.
Mikels ölkə çempionatının ikinci turunda “Zirə”yə qarşı keçirəcəkləri matça da toxunub: “Düzdür, indi bu barədə düşünmürük. Yalnız onu deyə bilərəm ki, bizim kimi “Zirə” də Konfrans Liqasının oyunu çərçivəsində səfərə yollanacaq. Üstəlik, “Makkabi” ilə görüşdən fərqli olaraq bu dəfə 120 deyil, 90 dəqiqə oynayacağıq. Ona görə də “Zirə” ilə matça daha hazırlıqlı olacağıq”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi