Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında 9-cu gündür.
QOL.az xəbər verir ki, bu gün Azərbaycanın 2 idmançısı çıxış edəcək. Onların hər ikisi güləşçidir.
Mübarizəyə ilk olaraq yunan-Roma güləşçiləri başlayacaq.
60 kq çəki dərəcəsində yarışacaq 2024-cü ilin Avropa çempionu, 28 yaşlı Murad Məmmədov mübarizəyə 1/8 finaldan start verəcək. Onun rəqibi Venesuela güləşçisi, 2024 Panamerikan çempionatının qalibi Rodrigues Orosco (33 yaş) olacaq.
130 kq. çəkidə yarışacaq Azərbaycan millisinin digər üzvü, Rio-2016 Olimpiadasının bürünc mükafatçısı Sabah Şəriəti (35 yaş) isə 1/8 finalda Estoniya güləşçisi Heiki Nabi (39 yaş) ilə qarşılaşacaq.
Nabi təcrübəli güləşçidir. O, 2006 və 2013-cü ildə dünya çempionatında qızıl, 2012 London Olimpiadasında isə gümüş medal qazanıb.
Qeyd edək ki, güləş yarışları bu gün Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Bakı vaxtı ilə saat 23:00-dan etibarən yarımfinal qarşılaşmaları keçiriləcək.
Bugünkü çəki dərəcələrində final və üçüncü yerlər uğrunda görüşlər isə sabah olacaq.
Qrizmann bu kluba keçir
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"
"Tottenhem"dən ağır məğlubiyyət
Səfər qadağası "Ayaks" azarkeşlərini dayandırmadı - Video
Nəriman ilk oyunundan paylaşım etdi - Şəkillər
Sonuncu pillədə yer alan klubda yeni baş məşqçi təyinatı
"Barselona" liderliyini möhkəmləndirdi
"Mançester Siti" final matçına itki ilə çıxacaq
Azərbaycan millisinin yekun heyəti açıqlandı
İrqçi təhqirlərə görə Premyer Liqa matçı dayandırıldı
"Barselona" futbolçularından sabiq ulduza ad günü jesti
Kökçünün komandası yenə uduzdu
Bakıya gələ bilməyən millinin baş məşqçisi istefa verdi
Tanınmış futbolçu karyerasını bitirdi
Emin Mahmudov Qurban Qurbanova çatdı
Mikels Nasimovun rekordunu təkrarladı
Mahir Emreli Miroslav Kloze ilə görüşdü - Şəkillər
Modriç "Top-5" liqalarında 2-ci oldu
665 gün sonra meydana qayıtdı