“Əfsuslar olsun ki, bizdə bu gün hər şey uğurlu alınmadı. Yeni komandayıq".
QOL.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 1-ci turunda bu gün "Zirə" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, 1:4 hesablı məğlubiyyəti belə şərh edib: "Hesabın böyük olmasının səbəbini deyək. İlk dəfə idi ki, bu futbolçular eyni heyətdə oynayırdılar. Legionerlər bu çempionatın yükünü bilmirdi, asan olduğunu fikirləşirdilər. İlk yarıda istədiyimizi ala bilmədik. Səhvlərimizi bildik. Komanda dominant oynamağa çalışdı, alındı. Yarım qol vəziyyətlərindən qollar buraxırıq. Gənclərimiz var. Yaxşı komanda olacağıq. İddialı komandalardan biri olacağıq".
Ş.Diniyev iki turdan sonra istədiyi komandanı görəcəyini bildirib: "Birinci hissədən sonra istədiyimi ala bildimsə.. İkinci hissə uduzmadıq. Onu ala bildiksə, çox yaxındadır. Daha bir oyun problemimiz ola bilər. Amma üçüncü oyunda stabil oynayacağıq. Bu gün şən futbol oynayırıq. Müdafiədə çox səhv buraxa bilərdik. Yeri gəlmişkən, “Zirə”ni təbrik edirəm. Bugünkü qələbə və avrokuboklarda mərhələ keçdiklərinə görə".
Ş.Diniyev fərdi səhvlər ucbatından uduzduqlarını deyib: "Mən də məsuliyyəti dərk edirəm. Bu məğlubiyyət mənimdir. Məni çox narahat edən standart vəziyyətdən buraxılan bəsit qollardır. Burada taktikadan söhbət gedə bilməz. Dördüncü qola baxın, niyə müdafiəçilər geri çəkildi, qarşılamadı? Cibrilla 30 metr azad gəldi, heç kim onu qarşılamadı".
Baş məşqi hədəfləri ilə bağlı qısa danışıb: "Konkret içimdən gələni deyim: “Səbail” Premyer Liqada qalmaq üçün oynamayacaq".
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi