"Futbolçularımı təbrik etmək istəyirəm. İlk növbədə bu oyuna hazırlaşdıqları üçün. Vaxtımız çox deyildi. İlk dəqiqədən sona qədər futbolçular oyuna çox yaxşı köklənmişdilər. Bu da mənim üçün çox önəmlidir".
QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 1-ci turunda bu gün "Səbail"ə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
O, 4:1 hesablı qələbəni belə şərh edib: "Yaxşı başladıq. Fasilədə rəqibin irəli atılacağını ehtimal edirdik. İlk dəqiqələr çətin oldu, amma sonradan bir qol da vurub qalib gəldik. Mövsümə başlamaq həmişə çətindir. Futbolçularıma peşəkarlığa görə təşəkkür edirəm".
O, Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki "Osiyek"i (Xorvatiya) analiz etdiyini bildirib: "Yaxşı komandadır. Əvvəl daha çox topla oynayırdılar. İtaliyalı məşqçinin gəlişindən sonra həm toplu, həm də topsuz olaraq yaxşıdırlar. Aqressivdirlər. Rəqibi analiz etmişik. Birigün yola çıxırıq. Vaxtımız var idi, bir az təhlil etdik. Biz də yaxşı hazırlaşacağıq. İstədiyimiz rotasiyaları etdik. Vacib olan odur ki, kimsə yüklənmiş, yorğun halda oyuna çıxmasın. Uzun yol gedəcəyik. Məyus edən məqam zədəlilərimizin olmasıdır. Öz hədəflərimiz var. Düşünürəm ki, iki maraqlı oyunun şahidi olacağıq. Rafael Utsiq zədələnib. Tiaqo Silva, Pyer Zeblidə də həmçinin zədələr var. Onlar bizim üçün çox önəmli oyunçulardır. "Osiyek"ə qarşı oynayıb-oynamayacaqları yaxın günlərdə bilinəcək".
R.Sadıqov "Klublarımızın avrokuboklarda üçüncü mərhləyə çıxmasının çempionatın səviyyəsi ilə bağlı olduğunu qeyd edib: "Futbolçu keyfiyyəti olaraq, bütün komandalarımız eyni keyfiyyətdədirlər. Bizdə büdcə artması baş verməyib, yerində qalıb. Eyni büdcə ilə işləyirik. Düşünürəm ki, büdcə ilə bağlı deyil. Keçən il çempionatın maraqlı və gərgin keçməsi komandaların keyfiyyətini qaldırdı. Bu tip oyunlar faydalı olur. İstəyərdik ki, növbəti mərhələyə hamımız keçək. Bütün komandalar uğurlar arzulayıram".
R.Sadıqov İssa Cibrilladakı perfromans artımı ilə də bağlı danışıb: "Tez-tez zədələnirdi. Bu mövsüm daha məsuliyyətli yanaşır işinə. Bəhrəsini də görür. Donald Gerye ilə müqayisə etdiniz. Amma bizim əsas sol cinah müdafiəçisi Cibrilla olmayacaq. Sağdan da hücumameyilli oynayır. Avrokuboklarda sol müdafiəçi kimi yoxlayırıq. Məqsəd və Fuad da daha çox bu mövqedə oynayırlar. Avrokuboklarla bağlı planımız budur. Məqsədin də performansından çox razıyam. Fuad da o mövqedə yaxşı oynayıb. Sevindirici haldır ki, futbolçularda universallıq var. Belə olduqda, məşqçi üçün manevr imkanları asan olur".
R.Sadıqov "Səbail"in məşqçisi Kərim Diniyevlə görüşməməsi ilə bağlı isə deyib: "Nə problemim ola bilər. Futbolçu vaxtında ən çox hörmət etdiyim futboçulardan idi. Bir çox futbolçularla yaxınlıq edirik. Kərim 4-5 futbolçudan biridir ki, hər məşqçinin məhəbbəti və hörməti var. Görüşməmişəmsə də, xartırlamıram. Bir-bir hamı ilə görüşdüm".
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi