“Yeni yığılan komandayıq, ilk turun oyunu olduğu üçün çətin idi. Komandamız 70 faiz dəyişib. “Sumqayıt” da yaxşı kollektivdir, avrokuboklarda mübarizə aparıb. Onlarla oyunda əlimizdən gələni etdik. Lakin təəssüf ki, yekunda məğlub olduq”.
QOL.az saytına açıqlamasında bu sözləri “Kəpəz”in yarımmüdafiəçisi Əli Səmədov Misli Premyer Liqasının ilk turunda səfərdə “Sumqayıt”a 0:2 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
O qeyd edib ki, özünə gəlməsi üçün “Kəpəz”ə 1 ay vaxt lazımdır: “3-cü mövsümdür ki, bizə autsayder gözü ilə baxırlar. Buna öyrəncəliyik. Autsayder olmadığımızı sübut etmək üçün əlimizdən gələni edəcəyik. Komandada yeni futbolçuların sayı çoxdur. 3-4 turdan sonra daha yaxşı formada olacağıq. Bizə 1 ay vaxt lazımdır”.
27 yaşlı futbolçu komandaya yeni qoşulanların etimadı doğruldacağına inanır: “Yeni gələnlərin hamısı yaxşı, keyfiyyətli futbolçulardır. Məşqçilər korpusu da onlardakı potensialı görüb ki, heyətə cəlb ediblər. Məşqlərdə özlərini yaxşı tərəfdən göstəriblər. Bir-birimizi daha yaxından tanımaq, anlaşmanın istənilən səviyyədə olması üçün çox oyun keçirməliyik. Turlar keçdikcə daha yaxşı oynayacağıq”.
Ə.Səmədov növbəti turda “Qarabağ”a qarşı keçirəcəkləri görüş barədə də danışıb: "Təbii ki, bizi qarşıda həddindən artıq çətin oyun gözləyir. “Qarabağ”ın gücü hamıya məlumdur. Onların bərabər səviyyədə 2 heyətləri var. Buna görə də həftə arası Çempionlar Liqası çərçivəsində oyunlarının olması nəyisə dəyişmir. Lakin bütün bunlara baxmayaraq, qarşıdakı matça ciddi hazırlaşacağıq. “Qarabağ”dan xal almaq üçün əlimizdən gələni edəcəyik. Bəli, bu, elə də asan deyil. Lakin sona qədər mübarizə aparacağıq”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi