"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 1-ci turunda öz meydanında "Qarabağ"a 1:4 hesabı ilə məğlub olub.
QOL.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Düşündüyümüz elementlər var idi, toplanışda komanda bizə onu göstərirdi. Bu gün "Qarabağ" bunları göstərməyə imkan vermədi. İlk oyundur. Biz də bilirik ki, çox sayda yeni oyunçumuz var. İnanıram ki, turlar keçdikcə daha məzmunlu oyun və daha oturuşmuş komanda görəcəyik.
- Zaur Axundovun açıqlaması üzərinizdə təzyiq yaradır?
- Bu gün o açıqlama yox, "Qarabağ" təzyiq göstərirdi. Onların təzyiqindən çıxa bilmədik. Bura özüm gəlməmişəm, Zaur Axundovun təşəbbüsü ilə buradayam. Futbol həyatıdır. İşimizə davam edirik. Üzərimizə düşəni edirik. Gələcəkdə nə olacaq, zaman göstərəcək.
- Kuryoz qol futbolçularınıza psixoloji təsir etdi?
- Bu cür səhvlərdən heç kəs sığortalanmayıb. Tərlan Əhmədli inamlı qapıçıdır. Qarşıdakı oyunlarda ona yenə şans verəcəyik. Bu gün məğlubiyyətimizin səbəbi Tərlan deyildi. Komanda olaraq oyunumuz alınmadı. Əlbəttə ki, qol da təsir etdi. İkinci qol da rekaşetdən alındı. "Qarabağ"a qarşı oyunu dəyişmək çətindir. Komanda pozitivdir, sağlamdır. İnanıram ki, qarşıdakı oyunlarda yaxşı "Araz-Naxçıvan" görəcəyik.
- "Qəbələ"də baxımlı futbol oynatmısız. Təzyiqləri nəzərə alsaq, baxımlı oyun fikrindən dönmək ehtimalı var?
- Müasir futbolda sırf müdafiə futbolu anlayışı yoxdur. Komanda hər iki fazada effektiv ola bilir. Yığdığımız oyunçular da daha çox hücumameyilli oyunçulardır. Yenə də öz fikrimiz, istiqamətimiz var. Onunla da gedəcəyik. (Sportal.az)
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi