Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub.
QOL.az xəbər verir ki, sonuncu oyun günündə 7 cavab matçı keçirilib.
Bu gün Azərbaycan təmsilçisi "Qarabağ"ın 3-cü mərhələdəki rəqibi də müəyyənləşib. Minsk "Dinamo"su "Ludoqorets"i (Bolqarıstan) qəbul edib. Belarus klublarına doğma vətəndə oynamaq qadağası tətbiq edildiyindən oyun neytral meydanda - Macarıstanın Mezyekyeveşd şəhərində keçirilib.
Cavab görüşündə "Dinamo" 1:0 hesabı ilə qalib gəlib. Buna baxmayaraq, ilk oyunda "Ludoqorets" 2:0 hesablı qələbə qazandığı üçün mərhələ adlayan tərəf olub.
Həmçinin "Budo Qlimt", "Midtülland", FKSB, "Dinamo" (Kiyev), "Yaqelloniya" və PAOK klubları da 3-cü təsnifat mərhələsinə yüksəliblər.
Dünən isə "Qarabağ"la yanaşı, "Fənərbaxça", APOEL, "Sparta", "Ferentsvaroş", “Slovan” və "Malmö" də növbəti mərhələyə adını yazdırıb.
31 iyul
21:00. RFŞ (Latviya) - "Budo Qlimt" (Norveç) - 1:3
Qollar: İkaunekis, 14 - Haue, 40-pen; Saltnes, 82, Hoq, 88
İlk oyun - 0:4
21:15. "Midtülland" (Danimarka) - "Santa Koloma" (Andorra) - 1:0
Qollar: Osorio, 72
Qırmızı vərəqə: Pablo Perez Laç, 48 (Santa Koloma")
İlk oyun - 3:0
22:00. "Makkabi" (Tel-Əviv, İsrail) - FKSB (Rumıniya) - 0:1
Qollar: Baten, 90
İlk oyun - 1:1
22:00. "Partizan" (Serbiya) - "Dinamo" (Kiyev, Ukrayna) - 0:3
Qollar: Yarmolenko, 17, Vanat, 68-pen; Karavaev, 90+3
İlk oyun - 2:6
22:30. "Yaqelloniya" (Polşa) - "Panavezis" (Litva) - 3:1
Qollar: Pululu, 12-pen; 69-pen; Beneta, 84-avtoqol - Qussias, 87
İlk oyun - 4:0
22:45. "Dinamo" (Minsk, Belarus) - "Ludoqorets" (Bolqarıstan) - 1:0
Qol: Baxar, 38
İlk oyun - 0:2
23:00. "Boraya Banya-Luka" (Bosniya və Herseqovina) - PAOK (Yunanıstan) - 0:1
Qol: Murq, 25
İlk oyun - 2:3
30 iyul
20:00. "Qarabağ" (Azərbaycan) - "Linkoln" (Cəbəllütariq) - 5:0
İlk oyun – 2:0
21:00. "Petrokub" (Moldova) – APOEL (Kipr) - 1:1
İlk oyun – 0:1
21:00. "Fənərbaxça" (Türkiyə) - "Luqano" (İsveçrə) - 2:1
İlk oyun - 4:3
21:00. "Sparta" (Praqa, Çexiya) - "Şemrok Rovers" (İrlandiya) - 4:2
İlk oyun – 2:0
22:00. TNS (Uels) - "Ferentsvaroş" (Macarıstan) - 1:2
İlk oyun – 0:5
22:30. “Slovan” (Bratislava, Slovakiya) – “Çelye” (Sloveniya) - 5:0
İlk oyun – 1:1
22:45. "Klaksvik" (Farer adaları) - "Malmö" (İsveç) - 3:2
İlk oyun – 1:4
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi